Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni konsepsiyada yeni hədəflər...

Yeni konsepsiyada yeni hədəflər...

01.06.2022 [10:32]

NATO daha sərt hərbi-siyasi quruma çevrilmək arzusundadır

Sadiq İSMAYILZADƏ

Bu ilin iyununda NATO-nun Madriddə növbəti sammitinin keçirilməsi nəzərdə tutulur. Sammitlə bağlı yayılan məlumatlarda Alyansın yeni dövrə yeni konsepsiyalarla qədəm qoyacağının gözlənildiyi bildirilir. Madrid sammiti Türkiyə üçün də böyük maraq kəsb etməkdədir. Belə ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib ki, keçiriləcək NATO sammitində Türkiyə Alyansın yeni strateji konsepsiyasına öz yanaşmalarını təqdim edəcək. Onun sözlərinə görə, Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) açıq qapı siyasətini dəstəkləyir, lakin blok, ilk növbədə, təhlükəsizlik bloku olmasını unutmamalıdır. Alyansa daxil olmağı planlaşdıran ölkələr də təşkilata üzvlük kriteriyalarına əməl etməlidir. Bununla bağlı Çelik Türkiyə rəhbərliyinin mövqeyini bir daha bəyan edib. Bildirib ki, Ankara terror təşkilatlarına münasibətinə yenidən baxmayana qədər İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək verməyəcək. Türkiyənin hakim partiyasının sözçüsü onu da qeyd edib ki, Ankara terrorçuluğu dəstəkləyən ölkələrə qarşı veto hüququndan istifadə edə bilər.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə qeyd edib ki, NATO-nun yeni prinsiplərinin nə ola biləcəyini görmək mümkündür. Belə ki, Ukraynada gedən müharibə NATO-nun daha sərt hərbi-siyasi quruma çevrilmək arzusunu göstərir. Yeni hədəf isə Rusiya ilə yanaşı Çin ola bilər. Çin NATO-nun geostrateji rəqibi kimi görünür və məsələ yeni konsepsiyada öz əksini tapacaq: “Digər tərəfdən, NATO genişlənməni hədəfləyən strukturdur. Finlandiya və İsveçin quruma daxil olma niyyəti də bunu sübut edir. Eyni zamanda, NATO hesab edir ki, qurumda vahid prinsip olmalıdır, tərəflər vahid hədəflər üzrə birləşməli və sərt addımlar atmalıdır. Bəllidir ki, Avropa kontingenti uzun müddətdir öz ordusunu yaratmaq niyyətindədir. Bu isə NATO prinsipləri ilə ziddiyyət təşkil edir. Yəqin ki, bu məsələlər də müzakirə olunacaq və konsepsiyada öz əksini tapacaq”.

İ.Vəlizadənin sözlərinə görə, Türkiyənin İsveç və Finlandiyanın Alyansa qoşulması məsələsinə münasibəti sərtdir. Bu mənada, ABŞ-ın şimal ölkələrini Türkiyənin istəklərini yerinə yetirməyə məcbur etməsi də gözləniləndir. “Bu, bir daha prosesin gərgin və mürəkkəb şəkildə inkişaf edəcəyini göstərir. Düzdür, hər iki dövlət NATO üzvlüyü üçün Türkiyənin şərtlərini qəbul edə bilər. Amma bu o demək olmayacaq ki, onlar buna tam əməl edəcəklər. Bu isə NATO içində ziddiyyətlərin artmasını şərtləndirəcək. NATO bu sammitlə öz gücünü müəyyənləşdirir, problemlərini araşdırıb aradan qaldırmaq istəyir. Bunu hər kəs etiraf edir ki, NATO özlüyündə ABŞ-ın ətrafında formalaşan hərbi blokdur. Burada ABŞ-ın niyyətindən çox şey asılı olacaq. Ağ Ev özünün yanaşmalarını digər ölkələrə di?tə etmək niyyətindədir. Buna Çinin timsalında baxmaq olar. Məsələn, Finlandiya, İsveç, Macarıstan üçün Çin heç bir təhlükə törətmir. Amma Çin ABŞ üçün təhlükəli rəqibdir. ABŞ NATO-ya öz gələcək hədəflərinə çatmaq üçün vasitə kimi baxır. Bu mənada, Vaşinqton üçün hansısa PKK-çının İsveçdə və ya Finlandiyada məskunlaşması vacib məsələ deyil. Onun üçün vacib olan İsveçin və Finlandiynın Alyansa üzv olmasıdır. Bununla qurumun üzvlərinin sayı çoxalır, müttəfiqlərin sırası genişlənir”, - deyən politoloq onu da əlavə edib ki, taktiki baxımdan məsələ daha mürəkkəb görünür. İndiki halda qəbul olunacaq konsepsiyaya neçə ölkənin əməl edəcəyi ən düşündürücü sualdır. Keçirilən sammitlər isə bu suallara cavab tapmır.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31