Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mirzoyanın “status” xəstəliyi

Mirzoyanın “status” xəstəliyi

01.06.2022 [10:31]

Ermənistan yenə də sülh danışıqlarını pozmaq istəyir

Nardar BAYRAMLI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan regionda sülh və əməkdaşlıq məsələlərindən növbəti dəfə danışarkən yenə də əsl erməni xislətini nümayiş etdirib. Belə ki, Mirzoyan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin uzanması, 10 noyabr razılaşmasının bütün müddəalarının tam yerinə yetirilməməsinə görə Azərbaycanı ittiham etməyə cəhd göstərib. Mayın 22-də Brüsseldə iki ölkənin rəhbərləri arasında keçirilən görüşdə müəyyən razılaşmaların olduğunu nəzərə alsaq, Ermənistanın xarici işlər nazirinin bu əsassız iddiaları nəyə xidmət edir?

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, A.Mirzoyanın Azərbaycana qarşı əsassız fikirləri bütövlükdə erməni siyasi kursunun xarakterini göstərir. Onun sözlərinə görə, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, həmin ərazilərdə hər şeyi məhv etmiş Ermənistanın ölkəmizi ittiham etməsi qəbuledilməzdir: “A.Mirzoyan iddia edir ki, guya Azərbaycan 10 noyabr razılaşmalarına icra etmir, erməni “mədəni və dini abidələri təhlükə qarşısındadır” və s. Mirzoyanın bu iddialarını eşidəndə “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” atalar məsəli yada düşür. Təsəvvür edin, Azərbaycanın torpaqlarını işğal edən, 30 il ərzində həmin torpaqlarda daşı daş üstündə qoymaraq hər şeyi məhv edən, o cümlədən tarixi, mədəni, dini abidələrimizi, məscidlərimizi dağıdan Ermənistanın rəsmisi ittiham edir ki, guya biz ermənilərə aid nələrisə məhv etmişik. Əslində bu, riyakarlığın son həddidir. Əldə olunan razılaşmaların yerinə yetirilməməsinin səbəbkarı Ermənistandır. Hələ aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması və komissiyanın bu il aprelin sonunda iclasının keçirilməsi barədə razılıq əldə olunmuşdu. Amma erməni tərəfi bu razılaşmaya əməl etmədi. Bu və digər razılaşmaların yerinə yetirilməməsinə görə rəsmi İrəvan müxtəlif bəhanələr gətirdi. Mayın 22-də keçirilən görüşdə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir sıra razılaşmalar əldə edildi. Həmin razılaşmalardan yalnız sərhəd komissiyalarının ikitərəfli görüşü icra olundu. Bu görüşdən sonra isə Mirzoyanın “status” məsələsini ortaya atması, Azərbaycanın guya dövlət sərhədində atəşkəsi pozmasını iddia etməsi münasibətlərin normallaşmasının qarşısını almağa xidmət edir. Məlumdur ki, mayın 22-də keçirilən görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin verdiyi bəyanatda Qarabağa hər hansı statusun verilməsindən yox, regionda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsindən söhbət gedir. Qarabağda yaşayan ermənilərin hüquqlarına gəlincə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanda bütün vətəndaşların hüquqları bərabərdir. Azərbaycan çoxmillətli dövlətdir və digər etnik qruplar kimi ermənilərin də hüquqları qanunlarla qorunacaq. Amma ermənilər heç kimdən üstün deyil, ona görə də onlara hər hansı status verilməsindən söhbət getmir”.

Millət vəkili qeyd edib ki, A.Mirzoyanın dövlət sərhədində Azərbaycan ordusunun atəş açması haqda dedikləri də yalandır: “Artıq məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat verib. Bəyanatda deyildiyi kimi, hazırda iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara, o cümlədən dövlət sərhədinin delimitasiyası prosesinə xələl gətirmək məqsədi güdür. Ermənistan XİN tərəfindən son günlərdə nümayiş etdirilən qeyri-konstruktiv yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini heçə endirməyə hədəflənib. Azərbaycan postmünaqişə mərhələsində beynəlxalq ictimaiyyətin də dəstəklədiyi sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaq”.

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30