Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müstəqil Azərbaycan yeni hədəflərə doğru...

Müstəqil Azərbaycan yeni hədəflərə doğru...

28.05.2022 [23:18]

Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi. 

Dövlət başçısı müstəqilliyin və müstəqil siyasətin müstəsna əhəmiyyətindən söz açdı, tarixə ekskurs edərək Xalq Cümhuriyyəti dönəmindən və ötən əsrin 90-cı illərindəki vəziyyətdən danışdı. 

Heç şübhəsiz, müstəqillik hər bir xalqın mənəvi-siyasi sərvətidir. Azərbaycan Xalq Cümhuriyyətinin süquta və 1991-1993-cü illər arasında ölkəmizin tənəzzülə uğramasının əsas səbəblərindən biri müstəqil siyasətin həyata keçirilməməsi idi. Yalnız ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanan qətiyyətli siyasəti Azərbaycanın müstəqil dövlət kimi inkişafını təmin etdi. Yəni respublikamız Ulu Öndərin strateji kursu sayəsində de-fakto müstəqilliyə malik oldu. 

Prezident İlham Əliyev qeyd edib ki, "əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən". Bu gün Azərbaycan dünyada güclü və nüfuzlu dövlət, öz müstəqil iradəsi və siyasəti olan ölkə kimi tanınır. Ölkəmiz heç bir qüvvədən, hansısa ölkədən, təşkilatdan, güc mərkəzindən asılı deyil.  Respublikamızda sabitlik və təhlükəsizlik tam təmin edilib, iqtisadi inkişaf kursu səmərəli nəticələr verir. Bununla yanaşı, çoxvektorlu xarici siyasət və ya dərin strateji diplomatiya Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, regional və qlobal siyasətdə imkanlarının genişlənməsini təmin edir. Xüsusilə də, postmünaqişə dövründə regional geosiyasi gündəliyi Azərbaycan diktə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. 

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışın təmin olunması, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarının yaradılması və bu kimi digər istiqamətlərdə görülən işlər ölkəmizin gücünün artması, yeni perspektivlərin açılması deməkdir. Ən əsası, bu, Azərbaycanın strateji hədəflərə doğru əmin addımlarla irəliləməsini təmin edir.

 Musa Musayev

YAP NTK nın üzvü

Paylaş:
Baxılıb: 176 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31