Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qeyri-qanuni “gözəllik” vasitəsi

Qeyri-qanuni “gözəllik” vasitəsi

28.05.2022 [13:55]

Gözəllik salonlarının dolğuları ölümə aparır

AYAN

Dolğu bu gün çox insanın, xüsusilə də qadınların istifadə etdiyi bir estetik prosedurudur. Prosedurdan istifadə etmək o qədər adi bir hala çevrilib ki, hətta gözəllik salonlarında da müştərilərə bunu tətbiq etməkdən çəkinmirlər. Prosedurun həkim nəzarətində baş tutmasının vacibliyi dəfələrlə həkimlər tərəfindən deyilsə də, buna əhəmiyyət verilmir. Dolğu üçün gözəllik salonlarına üz tutulmasının əsas səbəbi isə ucuz qiymətdir.

Demək olar ki, hər gün mediada ən azı bir dolğu qurbanı haqda məlumat yayılır. Məhz bu ölümlərin və qeyri-qanuni proseslərin qarşısını alınması məqsədilə Türkmənistan gözəllik salonlarında prosedurun həyata keçirilməsini qadağa edib. Nəzərə alsaq ki, hər gün əbəs yerə insan ölümü gerçəkləşir, olduqca əhəmiyyətli bir qərardır. Gözəllik salonları, bərbərxana kimi yerlərdə bu prosedurların aparılması həm də insanların öz sağlamlıqları üçün qoyduğu bir qadağaya çevrilməlidir. Nəticədə insan bədəninə xarici bir maddə yeridilir. Bu da qısa müddətdə allergiya, laxtalanma və nekroz (toxuma ölümü-qanqren kimi), daimi görmə və eşitmə itkisi, venadaxili yeridildikdə iflic kimi problemlər yarada bilər. Lisenziyalı klinikada təcili tibbi yardım və cihazlar pasiyentin həyatını xilas edəcək. Gözəllik salonlarında isə tibbi müdaxilə mümkün deyil.

Botoks və plomb kimi prosedurlar, mütəxəssislik sahəsi dəri olan plastik, rekonstruktiv estetik cərrahiyyə və dermatologiya mütəxəssisləri tərəfindən həyata keçirilə bilər. Hansı ki, həmin şəxslər bu proseduru həyata keçirə bilmək üçün illərlə tibb təhsili alırlar. Onların avadanlıqları bütün riskləri ilə bu əməliyyatları idarə etməyə də uyğundur. Bütün hallarda istifadə olunan məhsul haqqında məlumat tələb etmək vacibdir. FDA (Keyfiyyətə Nəzarət Təşkilatı) tərəfindən təsdiqlənmiş məhsul istifadə edilməli, məhsulun effektivliyi və yayılması araşdırılmalıdır. Unutmaq olmaz ki, yeni tətbiq olunan proqramlar hər zaman uğurlu deyil. Bu baxımdan yeni deyil, ən təsirli proqramdan istifadə etmək lazımdır. Yeni istifadəyə verilmiş bir çox proqramlar, onların fayda və ya digər zərərlərinin olub-olmadığını araşdırmaq üçün kifayət qədər vaxt olmadan bazara çıxarıla bilər. Eləcə də, ucuz materialdan imtina etmək lazımdır. Xüsusilə botoks və dolğu tətbiqlərində ümumi qiymətlərin yarısı istənilirsə, deməli, 2-ci sinif materialdan istifadə edilir.

Dolğu vacibdir?

Əzələ gücü, dəri keyfiyyətinin aşağı olması və sallanma kimi bir çox problemin fərqli həll yolları ilə müalicə edilməsi lazımdır. Bu və buna bənzər problemləri dolğu ilə düzəltdikdə sifət getdikcə böyüyür. Unutmaq olmaz ki, dolğu da hər zaman işə yaramır. Hər üz gözəl, unikal dinamik quruluşa və nisbətlərə malikdir. Üzün davamlı olaraq mimika və jestlərlə hərəkət etdiyini nəzərə alaraq hansı nahiyənin doldurulması lazım olduğuna özümüz qərar verə bilmərik. İşi peşəkarların öhdəsinə buraxmayanda ucuz görüntü əldə etmiş oluruq. Bununla yanaşı, üz bizim dinamik, yəni hərəkət edən hissəmizdir. Burada cazibə qüvvəsi də hesablanmalıdır. Yerləşdirildikdən sonra çox gözəl görünən plomb uzun müddətdə böyüyə, kiçilə və yerindən oynaya bilər. Onu da unutmaq olmaz ki, keçmişdə qoyulmuş qalıcı plombların çoxu kanserogendir.

Paylaş:
Baxılıb: 163 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31