Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Domino effekti”

“Domino effekti”

28.05.2022 [13:00]

Yeni vərdişlərə fokuslanın

MİKAYIL

İnsanın davranışları adətən bir-birinə bağlı olur.  Həyatımızı formalaşdıran vərdişlərimiz və rutinlərimizin bir çoxu bir-biri ilə əlaqədədir. Həyat sistemlərinin və insan davranışlarının arasında təəccüb yaradan qarşılıqlı əlaqə mövcuddur. Məsələn, Jennifer Li Dyukes adlı qadının halına nəzər salaq. Yetişkin vaxtlarında  40 yaşına qədər anası demədiyi və ya evə qonaq gəlmədiyi halda, Dyukes heç vaxt yatağını yığışdırmazdı.  Bir gün o, başqa bir yola baş vurmaq qərarına gəldi və nə qədər əhəmiyyətsiz görsənsə də, yatağını dörd gün dalbadal toplamağı bacardı. Bununla məhdud qalmayaraq, dördüncü günün səhərində yatağı düzəltdikdən sonra o, yataq otağındakı bir neçə paltarları qatladı, corablarını topladı.  Daha sonra o, mətbəxdə çirkli yemək qablarını çanaqdan çıxararaq qabyuyan maşına yerləşdirdi, şkafdakı plastik qabları yenidən səliqəyə salıb, mərkəzinə bir dekorativ donuz fiquru yerləşdirdi.  O, sonralar bu etdiklərini belə izah etdi: “Yatağımı toplamağım kiçik ev işlərində zəncirvari təkan oldu. Özümü böyümüş kimi hiss edirdim - xoşbəxt, qanunən yetişkin, yatağı yığılmış, təmiz çanaq, səliqəyə salınmış qablar və dəzgahın üzərində bir donuz fiquru. Özümü evdarlıq Bermud üçbucağının enerji soran daxili xaosunun içindən möcüzəvi şəkildə çəkib çıxaran qadın kimi hiss etdim.  Jennifer Li Dyukes “Domino effekti”ni təcrübə edirdi. Bəs bu effekt nə deməkdir? İnsan psixologiyasına necə təsir edir?

“Domino effekti” nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən hazırlanıb. Bu termin 1950-1980-ci illərdə ABŞ siyasətçiləri tərəfindən Soyuq Müharibə dövründə ABŞ-ın digər ştatlara müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilib. Hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. Northwestern Universitetindəki tədqiqatçılar 2012-ci ildə edilən bir araşdırmada kəşf ediblər ki, insanlar oturaraq istirahət etdikləri zamanı hər gün azaltdıqca, gündəlik yağlı qidaları qəbul etmələri də azalır. Baxmayaraq, onlara yağlı qidalardan az tükədilməsi ilə bağlı heç bir tələb qoyulmamışdı. İştirakçıların qidalanma vərdişləri təbii şəkildə düzəlməyə doğru gedirdi, onlar şüursuz şəkildə yeməyə və kresloda oturub televizora baxmağa daha az vaxt sərf edirdilər. Bir vərdiş başqa birinə gətirib çıxardı, yəni bir domino növbəti dominonu yerə yıxdı.  Öz həyatınızdakı oxşar hallara nəzər sala bilərsiniz. Fərdi bir nümunə olaraq, əgər mən idman zalına getməyi vərdiş halına gətirsəm, təbii ki, daha çox işə yönəldilmiş və gecə daha yaxşı yuxu yatmış olaram.  Baxmayaraq ki, davranışlarımı düzəltmək üçün heç vaxt xüsusi bir plan hazırlamamışam.  “Domino effekti” mənfi vərdişlər üçün də aktualdır. Sosial şəbəkələrdə zaman keçirmək də bu istiqamətdə doğru misal ola bilərdi. Biz sosial medianı başdan-başa gözdən keçirdiyimiz zaman təxminən 20 dəqiqəmiz itir.

Stanford Universitetinin professoru BJ Fogg isə deyir ki, yalnız bir davranışı dəyişə bilməzsiniz. Bizim davranışlarımız bir-birinə bağlıdır, buna görə bir davranışı dəyişdirəndə, digər davranışlar da dəyişir.

Məqalənin başlanğıcındakı hekayəyə qayıtsaq, Jennifer Li Dyukes  hər gün yatağını səliqəyə salmağa başladığı andan o, əslində bu ideyaya kiçik bir addım atırdı. Bir neçə gün sonra o, özündə bu yaratdığı yeni vərdişi evin başqa yerlərinə də tətbiq etdi.  Bu, “Domino effekti”nin maraqlı bir nəticəsidir. Hər kiçik domino düşəndə, özünüz üçün yeni vərdişlər yaratmağa başlayırsınız.

“Domino effekti”nin əsas qaydası sizi ən motivə edən şeydən başlamaqdır. Kiçik addımlarla başlayın və ardıcıl olaraq davam edin. Fərq etməz hansı domino birinci düşəcək, ta ki biri düşənə qədər. Çətinlik hiss etdiyiniz anda işinizi kiçik hissələrə bölün. Yeni vərdişlərə fokuslanın. Bir domino digər dominonu avtomatik olaraq yıxdığı kimi, proseslərin davam etməsinə şərait yaradın.

Paylaş:
Baxılıb: 217 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31