Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi

Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi

28.05.2022 [11:50]

Dos. S.Qurbanov

Səbail YAP “Üzeyir Hacıbəyov 68” ƏPT-nin sədri

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il yanvar ayının 30-da “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” Sərəncamı Cümhuriyyətin çoxsahəli fəaliyyətinə verilən ən yüksək  qiymətdir. Ulu öndər Heydər Əliyev qeyd edərək demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, az yaşasa da  xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın XIX əsrin sonu XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, ziyalıları, xalqımızda  milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş əhval-ruhiyyəsini yaymışdır. Bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına  gətirib çıxarmışdır”.

Dövlət başçımız Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixini, ədəbiyyatının, mədəniyyətinin araşdırılmasının vacibliyini istər çıxış və nitqlərində, istərsə də verdiyi müvafiq sərəncamlarında dəfələrlə xüsusi olaraq vurğulanıb.

Cənab Prezidentimizin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri haqqında verdiyi məlum sərəncamları ilə bərabər, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri də Bakıda “İstiqlal Bəyənnaməsi” abidəsinin ucaldılması, Azərbaycanın üçrəngli bayrağının şərəfinə Dövlət Bayraq Meydanının inşası və bu meydanda dalğalanan bayrağımızın dünyanın ən uca bayrağı olmasıdır. Ulu Öndərin layiqli davamçısı Prezidentimiz İlham Əliyev 2018-ci il yanvar ayının 10-da verdiyi sərəncamla  2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir.

Zaqafqaziya Seyminin dağılmasından və meydana gəlmiş konkret tarixi şəraitdən istifadə etmək orada olan Azərbaycan nümayəndələri 1918-ci il mayın 27-də Azərbaycanın istiqlalını elan etdilər. Beləliklə, birinci türk dövləti yaradıldı. Həmin il may ayının 30-da  Tiflis şəhərində ilk respublikanın ilk hökuməti - Fətəli Xan Xoyskinin başçılığı altında Kabinet yaradıldı. Azərbaycan hökuməti ilk gündən geniş tədbirlər həyata keçirməyə başl?mışdı.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 30 iyun 1918-ci il tarixli qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi, xalq maarifinin inkişafına çox böyük və mühüm təkan verən ilk tədbirlərdən biri türk dilinin dövlət dili elan edilməsi idi. Bu 1918-ci il 27 iyun tarixli qərara əsasən elan edildi. Bunlardan sonra Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə bu sahədə təhsilin tamamilə yenidən qurulmas?na xüsusi əhəmiyyət verdi.

Məktəblər milliləşdirildi. Azərbaycan Hök?mətinin 28 avqust 1918-ci il tarixli qərarına əsasən, bütün ibtidai təhsil müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalıdır. Dövlət dili olan azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Təhsilin, maarif sisteminin milliləşməsi müəllim kadrlarının çatışmaması çətinliyini  yaradırdı. Müəllimə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki, Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi və Xalq Maarif Nazirliyi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müstəqil seminariya tək Qazağa köçürülməsi haqqında qərar qəbul etdi.

1919-cu ilin əvvəllərində Azərbaycanda 23 orta məktəb var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbini, Bakıda  Politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdilər. Lənkəran qəzası 1919-cu ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin hök?mətə tabe edildikdən sonra sentyabrda kişi və qadın gimnaziyaları fəaliyyətə başladı.

Azərbaycan hökuməti ölkədə təhsili daha da genişləndirmək məqsədilə 1919-cu ilin yayında qısamüddətli pedaqoji kurslar açdı. Belə kurslar kişi və qadınlar Bakı, Gəncə, Şəkidə, kişilər üçün Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada açılmışdı. 1919-cu ildə 50 nəfər  müəllim Türkiyədən gəlib müəllimlik fəaliyyətinə başlamışdılar.

Tədris müəssisələrini lazımi ədəbiyyat və təchizatla təmin etmək həyata keçirilən mühüm islahatlardan biri idi. Xalq Maarif Nazirliyi Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün komissiya təşkil etmişdi. Türkiyədən də dərslik və dərs vəsaiti almışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin milli kadrların hazırlanmasını tezləşdirmək üçün Xalq Maarifi Nazirliyinin qarşısında ali məktəblər yaratmağı tapşırır. Lakin o dövrdəki tarixi şərait yalnız Bakı Dövlət Universitetinin açılmasına  imkan verir. Universiteti professor-müəllim heyətilə təmin etmək üçün tanınmış alimlər dəvət olunur.

Universitetdə Məhəmməd Əmin Rəsulzadə Osmanlı ədəbiyyatı tarixini, Mirzə Rəhim Mirzəyev  türk dilini, R.Kaplanov Osmanlı ədəbiyyat tarixini tədris edirdilər. Azərbaycanda ali təhsil sisteminin yaradılması və inkişafında böyük rolu olan tibb elmi sahəsində tanınmış alim, cərrah Vasili İvanoviç Razumovski universitetin ilk rektoru olmuşdur.

Ölkədə savadsızlığın ləğv edilməsi üçün bir çox şəhərlərdə-Bakı, Şuşa, Şəki, Zaqatala və Qazaxda yaşlı əhali üçün kurslar açılmışdı. Eyni zamanda Bakıda parlamentin üzvü Abdulla bəy Əfəndiyevin rəhbərliyi ilə ibtidai məktəb müəllimləri üçün xüsusi kurslar açılmışdı. Bu kurslarda pedaqogika, Azərbaycan ilinin tədrisi metodikası öyrənilirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin mədəni-maarif sahəsindəki qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz  iz buraxmışdır.

Paylaş:
Baxılıb: 163 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31