Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Əsas hədəf: Qarabağı və Şərqi Zəngəzuru dünyanın ən gözəl bölgələrindən birinə çevirmək

Əsas hədəf: Qarabağı və Şərqi Zəngəzuru dünyanın ən gözəl bölgələrindən birinə çevirmək

28.05.2022 [11:43]

Nardar BAYRAMLI

44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük bərpa-quruculuq işlərinə start verilib. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq azad edilmiş ərazilərə səfər edərək görülən işlərlə şəxsən tanış olur, yeni-yeni təməllər atırlar. Dövlət başçısının və birinci xanımın 28 May - Müstəqillik Günü ərəfəsində Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də bu baxımdan əlamətdardır. Görülən bütün işlər isə vahid amala - Böyük Qayıdışa xidmət edir.

Cəbrayıl rayonunu təmsil edən millət vəkili Ceyhun Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, hazırda Azərbaycan xalqı Böyük Qayıdış dövrünü yaşayır. Onun sözlərinə görə,  Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Onun sözlərinə görə, işğaldan azad olunduqdan sonra müəyyən ərazilər minalardan təmizlənib, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilib, dəmir və avtomobil yollarının çəkilişinə başlanılıb: “44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Bir daha aydın oldu ki, güclü iqtisadiyyata, hərbi potensiala, siyasi-diplomatik imkanlara, müsbət beynəlxalq imicə malik olan Azərbaycan istənilən strateji hədəfi vaxtında və dəqiq yerinə yetirmək əzmindədir.  Postmüharibə dövrü də bu gerçəkliyi ifadə edir. Azərbaycan yeni mərhələdə qarşıda duran hədəfləri qətiyyətlə  reallığa çevirir. Bu baxımdan Böyük Qayıdış planı xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş  ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi ictimai, siyasi, iqtisadi, mədəni, humanitar və strateji əhəmiyyətə malikdir. Bütövlükdə, bu səfərlər, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması müzəffər xalq kimi qayıtdığımızı, qurucu xalq kimi yaradacağımızı nümayiş etdirir. Yol infrastrukturunun yaradılması,  avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Bununla yanaşı, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tərkib hissələrindən biri “yaşıl zona”nın yaradılmasıdır. Burada alternativ enerji mənbələrindən geniş istifadə olunması nəzərdə tutulur. Təbii ki, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjilərindən istifadə edilməsi Azərbaycana yeni iqtisadi imkanlar qazandıracaq”.

Millət vəkili qeyd edib ki, əsas hədəf Qarabağı və Şərqi Zəngəzuru dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir: “İşğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılan kommunikasiya-infrastruktur layihələri həm də bütün region üçün önəmlidir. Füzulidə Beynəlxalq Hava Limanı ötən il istifadəyə verilib, Zəngilanda isə tikinti işləri davam edir. Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti çox böyükdür.  Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün istifadə olunacaq. Bir zamanlar  işğal dövründə ermənilər də Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol Zəngilandan keçməli idi. Onların bu niyyətləri puç oldu. Bu gün  Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yollar çəkilir. Bu yollar Şərqi Zəngəzur iqtisadi rayonları arasında birləşməni təmin edəcəkdir. Eyni zamanda, Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infra­struktur olacaq. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın budəfəki səfəri zamanı Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Bu o deməkdir ki, artıq Böyük Qayıdış başlandı!”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad  olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 181 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31