Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Formula 1 Azərbaycan Qran-Prisinin vauçerlərinin elektron biletlərə dəyişdirilməsi prosesinə başlanılıb

Formula 1 Azərbaycan Qran-Prisinin vauçerlərinin elektron biletlərə dəyişdirilməsi prosesinə başlanılıb

24.05.2022 [14:23]

Formula 1 Azərbaycan Qran-Prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər. Vauçerlərin dəyişdirilməsi prosesi iyunun 12-dək davam edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AZƏRTAC-a bildiriblər ki, vauçerləri əldə etmiş bilet sahibləri www.bakucitycircuit.com veb səhifəsindən şəxsi hesablarına daxil olaraq elektron bileti yükləyə bilərlər. Yalnız vauçer üzərində adı qeyd edilən şəxslər həmin vauçeri elektron bilet ilə dəyişə bilər. Elektron biletləri yarış və əyləncə zonasının girişindəki bilet satış məntəqələrindən, eləcə də şəhərin kassalarından əldə etmək mümkündür.

Satış məntəqəsinə yaxınlaşan şəxslərdən vauçeri və şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.

Qeyd edək ki, yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür.

BŞH builki yarışa bilet almış hər bir şəxsə mübadilə prosesini gecikdirməməyi tövsiyə edir.

Xatırladaq ki, hazırda bilet satışı şəhərin kassalarında və eləcə də onlayn formada davam edir. Biletlər və tribunalar ilə bağlı ətraflı məlumatı www.bakucitycircuit.com veb səhifəsindən əldə etmək mümkündür. Həmçinin, elektron biletin üzərində barkod mövcuddur. Tədbirə bir bilet ilə yalnız bir tamaşaçı daxil ola bilər. Eyni biletin birdən çox nüsxəsi təqdim olunduqda yalnız ilk skan olunmuş bilet etibarlı hesab ediləcək. Bu baxımdan azarkeşlərin bilet üzərindəki məlumatları məxfi saxlaması vacibdir.

Paylaş:
Baxılıb: 270 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31