Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İrəvandakı təxribatla bağlı beynəlxalq federasiyalara etiraz məktubu ünvanlanıb

İrəvandakı təxribatla bağlı beynəlxalq federasiyalara etiraz məktubu ünvanlanıb

24.05.2022 [12:30]

Azərbaycan Boks Federasiyası (ABF) Ermənistanın paytaxtı İrəvanda boks üzrə Avropa çempionatının açılış mərasimində baş verən təxribatla bağlı Beynəlxalq Olimpiya Komitəsi (İOC), Beynəlxalq Boks Assosiasiyası (İBA), Avropa Boks Konfederasiyası (EUBC) və EUBC-yə üzv olan ölkələrin federasiyasına etiraz məktubu ünvanlayıb.

ABF-dən apasport.az saytının məlumatına görə, məktubda bildirilir: “Bu yarış ümumdünya boks ailəsinin nəcib missiyası - insanları və ölkələri bir araya gətirmək, idman vasitəsilə dostluq formalaşdırmağa xidmət etməlidir. Lakin təəssüf ki, 2022-ci il may ayının 22-də İrəvandakı Avropa çempionatında Olimpiya Xartiyasına zidd olaraq idmanın ruhuna və missiyasına uyğun olmayan hallar müşahidə olunub. Açılış mərasimində ev sahibi ölkə tərəfindən təxribatçı hərəkətlərə yol verilib, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının “simvolu” kimi qeyri-qanuni qurumun qondarma “bayrağı” nümayiş etdirilib. EUBC bayrağı altında keçirilən tədbirdə təxribat məqsədilə nümayiş etdirilən “simvol” əslində Ermənistanın işğalçılıq siyasətini göstərir və bu səbəbdən bu addım qəti şəkildə cəzalandırılmalıdır”.

Müraciətdə vurğulanıb ki, beynəlxalq tədbirləri təşkil edən hər bir ölkə Olimpiya Xartiyasına və ev sahibi ilə müqaviləyə uyğun olaraq idmandan siyasi məqsədlər üçün sui-istifadəyə imkan verməməlidir: “Biz EUBC-dən ev sahibi ölkənin bu təxribatçı və düşməncəsinə hərəkətini ciddi nəzarətə götürməsini, hadisənin hərtərəfli araşdırılması üçün bütün vacib tədbirləri həyata keçirməsini, günahkarların və bu hadisənin baş verməsinə icazə verənlərin lazımı qaydada cəzalandırılmasını, bunun bir daha təkrarlanmamağının təminatı üçün vacib tədbirlərin həyata keçirilməsini tələb edirik”.

Paylaş:
Baxılıb: 163 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31