Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ Azərbaycanın Cənubi Qafqaz regionunun inkişafındakı rolunu yüksək dəyərləndirir

ABŞ Azərbaycanın Cənubi Qafqaz regionunun inkişafındakı rolunu yüksək dəyərləndirir

24.05.2022 [12:19]

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Bu gün Azərbaycan beynəlxalq müstəvidə inkişaf edən güclü dövlət kimi tanınır. 44 günlük Vətən müharibəsində Zəfər qazanan dövlətimiz xarici siyasət kontekstində də  nailiyyətlərini ardıcıl olaraq davam etdirir. Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı reallıqlar dünya birliyi tərəfindən, o cümlədən, beynəlxalq güclər tərəfindən qəbul edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  ölkəmizin bu günü və sabahı, gələcək perspektivləri, həyata keçirilən qlobal enerji və kommunikasiya layihələri, demokratik inkişaf və digər məsələlərlə bağlı fikirləri dünyanın bir çox ictimai-siyasi, dövlət  xadimləri tərəfindən rəğbətlə qarşılanır. ABŞ Prezidenti Cozef Baydenin 28 May –Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevə göndərdiyi təbrik məktubunda da yer alan fikirlər dövlətimizə verilən önəmin ifadəsidir.

İlk növbədə, cənab Bayden ABŞ-ın Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiyini bəyan edir. Həmçinin, təbrik məktubunda  Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanır. Terrorizmə qarşı mübarizədə Azərbaycanın fəal iştirakı iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdırıb. C. Bayden həmçinin Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı yüksək qiymətləndirir.

Eləcə də, Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazır olduğunu bəyan edir.

Birmənalı şəkildə ifadə olunur ki, rəsmi Vaşinqton Bakı ilə əməkdaşlığa böyük önəm verir, tərəfdaşlığı yüksək qiymətləndirir.  Bu, təsadüfi deyil və bir sıra amillərlə şərtlənir. İlk növbədə, regionda yeni reallıqlar yaradan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Digər tərəfdən, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.  Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir. Beləliklə, bu nailiyyətlərin əldə olunması, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin təntənəsidir!

Paylaş:
Baxılıb: 212 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31