Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Texnofest”həyəcanı yaşanacaq

“Texnofest”həyəcanı yaşanacaq

24.05.2022 [10:43]

Havada və quruda...

MÜŞFİQƏ

Mayın 26-29-da ölkəmizdə ilk dəfə dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan “Teknofest-2022” keçiriləcək. “TEKNOFEST” İdarə Heyətinin sədri Səlcuq Bayraktar tərəfindən təşkil edilən festival artıq beşinci ildir ki,  keçirilir. 2018-ci ildən etibarən keçirilən beynəlxalq festivalın əsas mahiyyəti gənclər arasında aviasiya, kosmik və texnoloji bacarıqları ortaya çıxarmaq, yeni ideya və təşəbbüsləri dəstəkləməkdir. Kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat videooyunları kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə, yeni texnologiyaları əhatə edən festivalın növbəti ünvanı isə Bakıdır.

Azərbaycanda ilk dəfə...

“TEKNOFEST Azərbaycan”ın “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçirilməsi planlaşdırılır. Festivalın təşkilatçıları Türkiyə Teknoloji Takımı Vakfı (T3 Fondu), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları təşkil olunacaq.

Bundan başqa,  8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off Baku” Startap Sammiti və “Rocket League” üzrə Avropa Çempionatı baş tutacaq. Tədbirlər çərçivəsində məktəblilər, tələbələr, startap və fərdi sahibkarlar bir araya gələcək. Sevindirici haldır ki, bu günə kimi 1000-ə yaxın komanda müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan uğurla keçib.

“Texnofest”də şəhid övladlarının xüsusi bacarıqlarının əks olunduğu təqdimat nümayiş olunacaq. “YAŞAT” Fondu robotexnikaya marağı olan 8-12 yaş aralığındakı şəhid övladlarını Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasında kurslara cəlb edib.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur. “Həvəskar Peyk Modelləşdirilməsi” və “Pilotsuz Uçuş Aparatları” (PUA) adlı iki müsabiqə də keçiriləcək. Müsabiqələrdə ali təhsil müəssisələrində (bakalavr, magistr) təhsil alan tələbələr iştirak edəcəklər. Qaliblər isə 28 May - Müstəqillik Günündə elan olunacaq.

Festival ziyarətçilərini əyləncəli anlar gözləyir

“TEKNOFEST Azərbaycan” ofisinin marketinq üzrə rəhbəri Ləman Ağayevanın verdiyi məlumata görə, festival çərçivəsində “28 May” metrosu yaxınlığından tədbir yerinə və əksinə avtobuslarla xüsusi reyslər təşkil edilib. Müsabiqə iştirakçılarının qalacaqları Atletlər Kəndi və mehmanxanalarda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi üçün güc strukturları ilə birgə əməkdaşlıq planlaşdırılıb.

Vurğulanıb ki, Dənizkənarı Milli Parkda misli görünməmiş şoular təşkil olunacaq. Azyaşlılar üçün “Kids zone” təşkil olunacaq. Balacalar özlərini uzaq planetlərə səyahət etmiş kimi hiss edə biləcəklər. Gün ərzində onları sevimli nağıl və cizgi filmlərinin tanınmış qəhrəmanları, robotlar və transformerlər əyləndirəcək.

4 gün ərzində saat 18:00-dan 20:00-dək Azərbaycan və Türkiyənin tanınmış DJ və müğənniləri qonaqlar üçün ən gözəl mahnıları ifa edəcəklər. Saat 21:00-da isə festival Azərbaycanın tanınmış və sevimli bəstəkarlarının musiqilərinin müşayiəti və ən müasir lazer şou təqdimatı ilə sona çatacaq.

“Türk Ulduzları”Azərbaycan səmasında aviaşou göstərir

10 komandadan çox “Solo Turk”, “Türk Yıldızları”, “Hürküş” və Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri yüksək peşəkarlıqla performanslar nümayiş etdirəcəklər.  Bakı səmasında “Solo Türk F16”, “Türk Yıldızları F5”, helikopter 139, “SU-25” və “MI-24” hava nəqliyyatının uçuşları da gözlənilir. Ləman Ağayevanın sözlərinə görə, Azərbaycan və Türkiyə pilotlarının möhtəşəm aviaşouları hər kəsə həm iftixar, həm də qürur hissləri yaşadacaq.

Qeyd edək ki, Azərbaycan və Türkiyə pilotlarının təqdimatında baş tutacaq genişmiqyaslı aviaşou üzrə artıq aktiv hazırlıqlara başlanılıb. Ötən gün sınaq uçuşları həyata keçirilib. Bakı səmasında qırıcı təyyarələrin aviaşousunun məşqi uğurla baş tutub. Sınaq uçuşları bu gün də davam edəcək.

 “Bayraktar Akıncı” PUA-ları Azərbaycanda Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib. Bayraktar AKINCI TİHA-ları Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi səyahətini başa vurub.

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bu barədə sosial şəbəkə hesabında paylaşım edib: “Dağları, dərələri aşaraq, sübh zamanında Azərbaycana gəldi”.

Beləliklə, aviasiya tariximizdə ilk dəfə olaraq milli səviyyədə hazırlanmış PUA 3 ölkədən keçdi və təxminən 2000 km yol qət etdi. Bu, onun uzun və uğurlu uçuşu olub.

Ötən il isə...

“Gələn ildən etibarən “Teknofest”i beynəlxalq bir markaya çevirəcəyik. Can Azərbaycandan başlayaraq “Teknofest” Festivalını dost və müttəfiq ölkələrdə də keçirəcəyik”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Teknofest” Festivalını ziyarət zamanı çıxışında demişdi.

Ötən il festivaldan ən yadda qalan başqa bir an isə İstanbul səmasında hərbi təyyarəçilərimizin uçuşu idi. Uçuşdan əvvəl Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi yad edildi, Azərbaycan Respublikasının şanlı bayrağı dalğalandırıldı. “Türkiyə və Azərbaycan təyyarələri Teknofest”dən əvvəl İstanbulu salamladılar” sərlövhəli material hər iki ölkənin gündəminə çevrildi. Material iki qardaş ölkənin səma şahinlərinin möhtəşəm uçuşlarını əks etdirən orijinal kadrlar əsasında hazırlanmışdı.

Qeyd edək ki, ötən il festivalda Azərbaycan milli pavilyonu 11 startap layihəsi ilə təmsil olunmuşdu.

Paylaş:
Baxılıb: 208 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31