Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ramil Orucov: Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

Ramil Orucov: Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

20.05.2022 [17:00]

Ramil Orucov,

YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycanla Litva arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurulub və bu gün də bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atılır.

Hər iki dövlət arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Ölkəmizin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.

Azərbaycan-Litva biznes-forumunda Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.

Belə ki, iki ölkə arasında indiyədək 45-dən çox sənəd imzalanıb. Onların ən mühümü isə 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatdır. Bu sənəd Prezident cənab İlham Əliyevin söylədiyi kimi əməkdaşlığın mahiyyətini əks etdirməklə yanaşı, münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrilib.

İki ölkənin müxtəlif sahələrdəki əməkdaşlıq imkanları mayın 18-də keçirilən Azərbaycan-Litva biznes-forumunda yeni mərhələyə qədəm qoydu. Forumun sonunda iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafına təkan verəcək daha 6 sənəd imzalandı.

Azərbaycanda investorlar üçün əlverişli biznes mühitinin yaradıldığını xatırladan dövlət başçımız canab İlham Əliyev vurğulayıb ki, xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir və Azərbaycanın investisiya proqramlarının ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyalar yatırılır. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək-elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanıb ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir.

İki ölkə arasında müzakirə olunan məsələlərdən biri də nəqliyyat sektorunda əməkdaşlıq olub. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq müasir infrastruktur - dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanı, avtomobil yolları yaradılıb. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bütün bunlar isə Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün çox vacib məqamlardır.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın yaratdığı nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri biznes dairələri, bir-birinə o qədər də yaxın yerləşməyən ölkələrimiz arasında əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın müəllifi olduğu regionun yeni nəqliyyat xəritəsi vasitəsi ilə şimaldan qərbə gedən yüklər ötürülür. Sevindirici haldır ki, açıq dənizə çıxışı olmayan Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.

Forumda enerji təhlükəsizliyi məsələsinə toxunan ölkəmizin Prezidenti cənab İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir.

Mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibdə görüş, dövlət başçılarının mətbuata birgə bəyanatları, həmçinin Azərbaycan-Litva biznes-forumunda müzakirə edilən məsələlər, imzalanan yeni sazişlər münasibətləri daha da şaxələndirəcək, mövcud tərəfdaşlığı inkişaf etdirəcək.

Paylaş:
Baxılıb: 390 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31