Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident Administrasiyasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri ilə görüş keçirilib

Prezident Administrasiyasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri ilə görüş keçirilib

13.05.2022 [21:19]

Mayın 13-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev arasında görüş keçirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ədalət Vəliyev cəmiyyətin inkişafı naminə ölkəmizdə iqtidar-müxalifət əməkdaşlığından söz açıb, dayanıqlı demokratik ənənələrin dərinləşməsində siyasi partiyaların rolunun yüksək olduğunu vurğulayıb. Şöbə müdiri İkinci Qarabağ müharibəsi, Qələbə və yeni siyasi reallıqlar barədə fikirlərini səsləndirib, Prezident İlham Əliyevin çıxışından sitat gətirib: “...Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır”.

Görüşdə, həmçinin “Siyasi partiyalar haqqında” qanunun layihəsi üzrə müzakirələr aparılıb. Şöbə müdiri bildirib ki, qanun layihəsi ilə əlaqədar bir sıra siyasi partiyalar tərəfindən təkliflər təqdim olunub. Eyni zamanda, təəssüflə vurğulanıb ki, əksər partiyalar bu məsələdə fəallıq göstərməyiblər.

Elşən Musayev ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, eləcə də radikal müxalifətin cəmiyyətin parçalanmasına xidmət edən sərt ritorikasını tənqid edib. Partiya sədri siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə təşkil olunmuş birgə səfərlərini xatırladaraq, bu cür müsbət təcrübənin davamlı olmasını arzulayıb.

Görüşdə qeyd edilib ki, Azərbaycan Demokratik Maarifçilik Partiyasının da təmsil olunduğu Milli Məclisdə ümumilikdə 10 müxalifət partiyasının yer alması ölkəmizdə demokratik mühitin təzahürüdür. Bu partiyaların nümayəndələrinin ilk dəfə olaraq Milli Məclisin, həmçinin komitə və komissiyalarının rəhbərliyində vəzifə tutması xüsusi vurğulanıb. 

Elşən Musayev Regional məsələlər komitəsinin sədr müavini kimi fəaliyyətindən söz açaraq parlamentin son illərdə müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, eləcə də qanunvericilik hakimiyyətinin icra hakimiyyəti orqanları ilə əməkdaşlığının daha da təkmilləşdirilməsi perspektivləri barədə danışıb.

Ədalət Vəliyev konstruktiv əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Elşən Musayevə və onun sədrlik etdiyi siyasi partiyaya dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Xarici siyasət

F-16 istəyirsənsə...

05 Oktyabr 10:30

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 Oktyabr 10:25

Analitik

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31