Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Lisey və gimnaziyalara şagird qəbuluna başlanılıb

Lisey və gimnaziyalara şagird qəbuluna başlanılıb

13.05.2022 [16:45]

Bu gündən ölkə üzrə bir sıra lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesinə başlanılıb.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu https://sy.edu.az portalı üzərindən iyunun 9-dək həyata keçiriləcək.

Valideynlər qeyd edilən portal üzərindən övladının şəxsi kabineti vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini (binasını) seçmə imkanına malikdirlər.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar.

İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədi ilə tapşırıqlar təqdim ediləcək.

Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir:

- 17 iyun - V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün);

- 18 iyun - VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);

- 19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);

- 20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı ilə müvafiq linkə keçid edərək tanış ola bilərsiniz.

Paylaş:
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

170 il öncə...

24 Sentyabr 12:30

MEDİA

Xəbər lenti

Analitik

Sosial

Tarıxı qələbəmiz

24 Sentyabr 10:40

Xəbər lenti

Bir sorğunun izi ilə...

24 Sentyabr 10:30

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

24 Sentyabr 10:18

Gündəm

Xəbər lenti

Jurnalistlər seçirlər...

24 Sentyabr 10:08  

Xəbər lenti

Maraqlı

İqtisadiyyat

Dollar bahalaşır?

23 Sentyabr 10:55

Siyasət

MEDİA

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30