Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müqəddəs heykəl, yoxsa “Troya atı?”

Müqəddəs heykəl, yoxsa “Troya atı?”

19.01.2022 [09:57]

İlhamə

“Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, biznesmen Qagik Tsarukyan Ermənistanda İsa peyğəmbərin nəhəng heykəlini ucaltdırmaq niyyətinə düşüb. Bu barədə o, özünün rəsmi “facebook” səhifəsində məlumat verib: “Biz xristianlığı qəbul edən ilk ölkə kimi Məsihin abidəsini ən uca zirvədə ucaltmalıyıq. Mən bu işi özüm görmək qərarına gəldim, artıq inşaatçılara, dizaynerlərə, memarlara və heykəltəraşlara göstərişlər vermişəm”.

Heykəlin hündürlüyü,Tsarukyanın arzuladığı kimi, ən azı 33 metr olmalıdır. Diqqətəlayiq təkliflər verilərsə, o, hətta 66, yaxud 99 metrlik heykəlin qoyulmasına belə sponsorluq etməyə hazır olduğunu deyib. Partiya lideri qeyd edib ki, heykəl ölkənin ən yüksək zirvələrindən birində ucaldılacaq. O məhz hansı zirvəni nəzərdə tutduğunu deməyib. Əslində, ermənilər üçün bunun elə bir fərqi də yoxdur, çünki ölkə bataqlığın dibindəykən orada yüksək zirvə axtarmaq ciddi görünmür.

Müharibədən çıxmış ölkə kimi Ermənistanın kifayət qədər maliyyə vəsaitini əhalinin rifah halının yüksəldilməsinə deyil, İsa Məsihə ən hündür abidə ucaltmaq bəhsinə yönəltmək istəyi maraq doğurur. Bəziləri iddia edə bilər ki, bu, dövlətin  ayırdığı maliyyə deyil, özəl mənbədən gələn vəsaitdir. Amma onu da unutmayaq ki, Ermənistan diaspor təşkilatlarından gələn ianələr hesabına baş girləyən dövlətdir.

Məlum məsələdir ki, Ermənistan  hər zaman öz xristian kimliyindən siyasi  maraqları üçün istifadə edib. Şübhəsiz, bu məğlub ölkə İsa Məsihə ən böyük  abidə ucaltmaqla islamofobiyanın hökm sürdüyü Qərbdə diqqəti bir daha özünə çəkmək, xristian aləmindən dəstək almaq niyyətindədir.  Bu, əslində Ermənistanın Qərbə hazırladığı növbəti “Troya atı” kimi də dəyərləndirilə bilər. “Bu abidənin ucaldılmasıyla biz bütün dünyaya göstərə bilərik ki, yer üzündə ilk xristian xalqıyıq”, - Tsarukyan belə deyib.

Məlumatı oxuyan sosial şəbəkə istifadəçiləri isə layihəyə etiraz edərək, “artıq pulu varsa, bunu ehtiyacı olanlara sərf eləsin, ölkə səfalət içindədir” tipli şərhlər yazıblar.

Paylaş:
Baxılıb: 887 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30