Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident İlham Əliyevin müsahibəsi “Şuşa ili”nin ilk mühüm siyasi-tarixi hadisəsi oldu

Prezident İlham Əliyevin müsahibəsi “Şuşa ili”nin ilk mühüm siyasi-tarixi hadisəsi oldu

14.01.2022 [17:21]

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi “Şuşa ili”nin ilk mühüm siyasi-tarixi hadisəsi oldu. Dövlət başçısının 3 saata qədər davam edən müsahibəsini həm ötən il ərzində həyata keçirilmiş işlərin hesabatı, həm də bu il üçün perspektiv fəaliyyətə dair planın təqdimatı kimi qəbul etmək olar. Eyni zamanda, Prezident İlham Əliyev ictimaiyyəti maraqlandıran suallara ətraflı və dəqiq şəkildə cavab verməklə həm insanları narahat edən məqamlara aydınlıq gətirdi, həm də müxtəlif sosial-iqtisadi və siyasi məsələlər ətrafında spekulyasiya və manipulyasiya etməyə cəhd edən anti-Azərbaycan dairələrini də nokauta salmış oldu. Bu mənada, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini mühüm siyasi və tarixi hadisə kimi dəyərləndirmək olar”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

R.Vəlibəyov bildirib ki, 2022-ci ilin ilk günlərindən başlayaraq anti-milli dairələrin, radikal müxalifətin, “5-ci kolon”un dünya miqyasında cərəyan edən prosesləri “lokallaşdırmaqla” ictimai-siyasi sabitliyi pozmağa cəhdlər etməsinin hər kəs şahidi oldu: “Onlar məqsədli şəkildə ictimai rəyi çaşdırmaq, uydurma hadisələr üzərindən manipulyasiya etmək, qondarma sosial problemlərlə spekulyasiya edərək sosial və ictimai narazılıq formalaşdırmaq üçün xüsusilə də sosial şəbəkələr üzərindən hərəkətə keçmişdilər. Dünyada buğdanın qiymətinin yüksəlməsini, Qazaxıstanda terrorçuların dövlətçiliyə qarşı hərəkətə keçməsini əsas gətirməklə Azərbaycan reallığına da eyni prosesləri transformasiya etməyi arzu edirdilər. Lakin hər zaman olduğu kimi bu dəfə də radikal müxalifət və “5-ci kolon” ABŞ-dan tutmuş Avropaya qədər bütün siyasi-ideoloji və informasiya təminatçıları ilə birlikdə iflasa uğradılar. Prezident İlham Əliyevin 3 saatlıq müsahibəsi zamanı toxunulan mövzuya dair kiçik bir cavabı isə bütövlükdə anti-milli cəbhənin yığmağa çalışdığı “pazl”ı darmadağın etdi. Bununla da, bir daha hər kəs Prezident İlham Əliyevin fikrinin, sözünün dəyərinin, xalqın ona olan inamının və etimadının yüksəkliyinin, eləcə də müharibədən çıxmış bir ölkənin yüksək inkişaf göstəriciləri fonunda radikal müxalifətin iddialarının nə qədər cılız, əsassız olduğunun şahidi oldu”.

“Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin müsahibəsi Ermənistanın təxribatlarına cavab, erməni revanşistlərinə növbəti xəbərdarlıq, kapitulyasiyaya imza atmış ölkənin sülh prosesindən yayınma cəhdlərinin ifşası, Zəngəzur dəhlizinin reallaşması, regional sülh və əməkdaşlıq platformasının perspektivi, Azərbaycanın gələcək inkişafı, Qarabağda və Şərqi Zəngəzurda həyata keçiriləcək işlərin anonsu, COVİD-19 ilə mübarizə və peyvəndlənmə ilə bağlı çağırış, ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair fikirlər, həmçinin ABŞ-da və Avropada birtərəfli mövqe tutanların, ədalətsizlik nümayiş etdirənlərin tənqidi baxımdan da əhəmiyyətli oldu” – deyən Ramil Vəlibəyov əlavə edib ki, dövlət başçısı bir daha həm ölkə, həm də dünya ictimaiyyətinə Azərbaycanın beynəlxalq miqyasda fəaliyyətini və rolunu dolğun şəkildə ehtiva edərək respublikamızın BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı ölkələri ilə əməkdaşlığından, perspektiv baxışdan, xüsusilə də yeni dünya düzənində təşəbbüslər göstərəcəyindən də danışıb: “Bu da heç şübhəsiz ki, Azərbaycanın gələcək inkişafından, gücündən, qüdrətindən xəbər verir, bir növ ictimaiyyətin də maarifləndirilməsini həyata keçirir, gələcəyə baxışını formalaşdırır. Prezidentin müsahibəsi bir daha güc amilinin prioritet təşkil etdiyi dünya nizamında Azərbaycan dövlətçiliyinin və bayrağının uca tutulması naminə xalq-iqtidar birliyinin qorunmasına növbəti çağırış oldu”.

Paylaş:
Baxılıb: 459 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31