Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gecikən təhsil...

Gecikən təhsil...

12.01.2022 [10:35]

12 illik təhsil bizə nə verə bilər?

Şahanə Paşazadə

Hazırda dünyanın inkişaf etmiş ölkələrində orta təhsilin müddəti 11 deyil, 12 ildir. ABŞ və Avropanın demək olar bütün ölkələrini buna nümunə göstərmək olar.

Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev də Azərbaycanda 12 illik təhsil sisteminin tətbiqi ilə bağlı fikir bildirib. O deyib ki, bu proses birdən-birə yox, mərhələli şəkildə həyata keçirilməlidir.

12 illik təhsil sistemi ilə bağlı uzun illərdir söhbət dolaşsa da,  bəzi ekspertlər bunun əleyhinə çıxış edir, bunu yalnız zaman itkisi kimi qiymətləndirirlər.

“Yeni Azərbaycan” qəzetinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov isə 12 illik təhsil sisteminə keçidin zəruri olduğunu vurğulayıb: “Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu, bir daha öz əksini və təsdiqini tapıb. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən, hesab edirəm ki, 12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Təhsilin peşəkar inkişafı, məzmunca yenilənməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji, psixoloji, habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır. Hesab edirəm ki, 12 illik təhsil sisteminə keçid illəri artırmağa hesablanmamalı,  bu, yalnız seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra gerçəkləşə bilər. 12 illik təhsil sistemi artıq dünyada özünü doğrultmuş sistemdir. 11 illik təhsil sistemi isə daha çox geridə qalmış postsovet məkanında mövcuddur. Dünyanın aparıcı ölkələrində orta təhsil 12 ildir. Elə ölkələr var ki, hətta orta təhsil 13-14 ilə qədər çəkir. 11-12 illik təhsil üçün artıq yeni proqramlar tərtib olunmalıdır”. Ekspert 12 illik təhsilə keçmək üçün gecikdiyimizi də vurğulayıb. Onun fikrincə, bu addım təhsil haqqında yeni qanun qəbul olunanda atılmalı idi. Dərsliklərin də yeni kurrikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət tələb olunduğunu  deyən K.Əsədov bildirib ki, bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər hansısa sxem əsasında qurulması və s. kimi məsələlərin həlli tələb olunur: “12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə də hələ ki, konkret qənaətə gəlinməyib”.

Beləliklə, 12 illik təhsilin həm avantajları, həm də disavantajları çoxdur. Əvvəla, 12 illik təhsil müddətində şagirdlərin bəzi dərs yüklərinin azalacağına heç bir şübhə yoxdur. Bu, həm riyaziyyat, fizika, kimya və s. belə çətin fənlərdə bölgü yaradır və onları daha yaxşı mənimsəmək üçün yetərli vaxt təmin edir, həm də universitetə daxil olmaq istəyən abituriyentlərin  mövzuları daha əhatəli qavramasına kömək edir. Məsələn, Türkiyə 12 illik təhsilə 2012-2013-cü illərdə keçib, bu sistemin adı “4+4+4”-dür və məcburi təhsil sayılır. Şagirdlərin fikrincə, 12 illik sistemə keçdikdən sonra onların dərs yükü xeyli azalıb və daha produktiv olmağa başlayıblar. ABŞ və Avropa isə daha əvvəldən 12 illik təhsilə mənsubdurlar və təbii ki, hər ikisinin təhsil sahəsindəki uğurlarının statistikasına göz gəzdirdikdə 12 illik təhsil planının heç də yararsız olmadığına şahid oluruq. Bəzi xarici ölkələrdə universitetlərin bakalavr pilləsinə qəbul olmaq üçün 12 illik təhsil bitməlidir. Yəni Azərbaycanda abituriyentlərin əksər hissəsi 17 yaşında universitetə qəbul olurlar, lakin xaricdə bu mümkün deyil və xarici universitetlərdə bakalavr oxumaq üçün ya burada 1 il oxuyub sonra transfer olmaq lazımdır, ya da ki, 1 il gözləyib 18 yaşın tamam olmasını gözləmək...

 

Paylaş:
Baxılıb: 592 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30