Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Subsidiyaların verilməsində yeni qaydalar

Subsidiyaların verilməsində yeni qaydalar

09.12.2021 [10:31]

Hansı subsidiyaların məbləği artırılır?

Mübariz ABDULLAYEV

Azərbaycan dünya üzrə fermerlərə müxtəlif növ subsidiyalar verilən azsaylı ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin 2019-cu il 27 iyun tarixli müvafiq Fərmanı ilə təsdiqlənən  “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” əsasında fermerlərə göstərilən bu dəstək mexanizmi aqrar sektorda istehsalın artırılması və ölkənin ərzaq təhlükəsizliyinə daha etibarlı təminat yaradılması məqsədi daşıyır. Qarşıdan gələn 2022-ci ildə fermerlərə subsidiyaların verilməsində bir sıra yeni qaydalar tətbiq olunacaq. Yeni qaydalar Aqrar Subsidiya Şurasının 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının, eləcə də əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərarında öz əksini tapıb.

Meyvə ixracının artırılması hədəflənib

Azərbaycanın bölgələrində müxtəlif növ meyvə istehsalını artırmaq imkanları kifayət qədər genişdir. O cümlədən respublikamızda yetişdirilən keyfiyyətli meyvələrin xarici bazarlara çıxarılmasında  hər hansı bir problemə rast gəlinmr. Keyfiyyətli məhsullarımız ənənəvi ixrac bazarlarında yaxşı tanınır və müştərilər təbii şəraitdə yetişdirilən bu meyvələri əldə etməyi arzulayırlar. Ölkəmizdə perspektivdə meyvə ixracının artırılması hədəflənib. Bağçılıqla məşğul olan fermerlərə yeni qaydalar əsasında subsidiyaların verilməsi də respublika üzrə meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədi daşıyır.  Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində 2022-ci ildə salınacaq üzüm bağlarının hər hektarına görə 8000 manat birdəfəlik əkin subsidiyası veriləcək. 2022-ci ildə salınacaq damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə fermerlərə 9000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək. Habelə, 2021-ci ildən başlayaraq salınan qeyd edilən kivi bağlarına görə fermerlərə 640 manat, digər kivi bağlarının hər hektarına görə isə 230 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.

Qeyri-münbit torpaqların dövriyyəyə cəlb olunması təşviq edilir

Sözügedən qərarda əksini tapan yeniliklərdən biri müxtəlif kənd təsərrüfatı məhsullaının istehsalında ənənəvi rayonlaşmanın daha da dərinləşdirilməsinin təşviq edilməsi ilə bağlıdır. Məsələn, çəltik üzrə yeni əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə bu əmsal 0-a bərabər qəbul olunur. Fındıq üzrə əkin əmsalı Ağdaş, Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarında qüvvədə olacaq. Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarında tətbiq olunacaq. Limon, naringi, portağal və kivi üzrə əkin əmsalları Astara, Lənkəran və Masallı rayonlarına şamil edilir.

Məlumatda bildirilir ki, növbəti ildə bir sıra bitkilər üzrə subsidiyaların məbləğinin artırılması nəzərdə tutulub. O cümlədən pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə 2022-ci ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Növbəti ildə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat (bundan əvvəl 100 manat), Virciniya sortu üzrə yaşıl tütünün hər tonuna görə 26 manat (əvvəl 5 manat), digərləri üzrə quru tütünün hər tonuna görə 180 manat (əvvəl 50 manat) və yaş tütünün hər tonuna görə 18 manat (əvvəl 5 manat), şəkər çuğundurunun hər tonuna görə 12 manat (əvvəl 4 manat) məhsul subsidiyası alacaqlar. Qərara əsasən, pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına, tütün üzrə məhsul əmsalı isə Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil ediləcək.

Əsas məsələlərdən biri isə qeyri-münbit torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan torpaq fondu məhdud olan ölkələr sırasında yer alır. Buna görə də mövcud torpaq fondundan daha səmərəli istifadə edilməsi hədəflənib. Yuxarıda bəhs olunan qərara görə, deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində 2022-ci ildə salınacaq intensiv nar və zeytun bağlarının hər hektarına müvafiq olaraq 5000 və 4900 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.

Əkinlərini EKTİS-də daha tez bəyan et və daha tez subsidiya al

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Yeni Azərbaycan”a bildirilib ki, fermerlərin öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməsi prosesi dekabrın 30-da başa çatır. Bəyan prosesinin sürətləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölgələrdə məlumatlandırma sessiyaları keçirilir. İndiyədək belə sessiyalar Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Göyçay, Ağdaş, Ağsu və digər rayonlarda keçirilib. Yerlərdə fermerlərlə görüşlərə qatılan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində vaxtında bəyan edilməsi monitorinqləri operativ şəkildə başa çatdırmağa, subsidiyaları ilin ilk aylarında köürülməsinə imkan verir. Fermer mülkiyyətində olan torpaq sahəsində hansı məhsulu əkdiyini daha tez bəyan etməklə fevral ayında subsidiya almağı bəri başdan təmin etmiş olur.  İlin əvvəlində subsidiya alan fermer isə öz kartındakı vəsaitdən daha səmərəli istifadə etmək imkanı qazanır.

Paylaş:
Baxılıb: 823 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30