Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropada qazın qiyməti bahalaşıb

Avropada qazın qiyməti bahalaşıb

29.11.2021 [12:56]

Avropada təbii qazın qiyməti 8 faiz artaraq min kubmetr üçün 1100 dolları ötüb. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, “ICE Futures” platformasının məlumatlarına əsasən, ICE birjasında qaz fyuçerslərinin qiyməti bazar ertəsi səhər saatlarında 8 faiz artıb və min kubmetr üçün 1100 dollardan yuxarı təşkil edir.

Hollandiyanın TTF indeksi üzrə ən yaxın, dekabr ayı qaz fyuçerslərinin qiyməti ticarət sessiyasının açılışında maksimum həddə - 1121,7 dollara çatıb. Yanvar və fevral fyuçersləri təxminən eyni dinamikaya malikdir: onların qiymətləri müvafiq olaraq 7,5 və 9 faiz artaraq min kubmetr üçün 1108,6 və 1108,2 dollar təşkil edir.

Xatırladaq ki, yeni sıçrayışın səbəbi, xüsusən də Almaniyanın “Nord Stream 2 AG”nin “Şimal axını 2” boru kəmərinin müstəqil operatoru kimi sertifikatlaşdırılmasını dayandırması ilə bağlı xəbərlər olub.

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30