Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Kəlbəcər rayon təşkilatı videokonfrans keçirib

YAP Kəlbəcər rayon təşkilatı videokonfrans keçirib

22.11.2021 [12:55]

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı partiyanın təsis olunmasının 29-cu ildönümünə həsr olunmuş "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır" mövzusunda videokonfrans formatında tədbir keçirib. Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Daha sonra konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin və dünyasını dəyişmiş YAP üzvlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Konfransı giriş sözü ilə açan​ YAP rayon təşkilatının aparat rəhbəri Qənaət Əsgərov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən geniş bəhs edib.Tədbirdə çıxış edən partiya fəalı Əli Bağırov 44 günlük Vətən müharibəsində əldə olunan Qələbəyə partiyanın verdiyi töhfələrdən bəhs edib. Digər çıxış edənlər – YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Şəlalə Məmmədova, Böyük Vətən müharibəsi iştirakçısı, YAP üzvü Hikmət Şahmuradov, Mədəniyyət şöbəsi ərazi ilk partiya təşkilatının sədri Akif Bayramov ölkədə aparılan daxili və xarici siyasətdə YAP-ın rolundan danışıblar.

Konfransda iştirak edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul işçisi Heydər Bəylərov rayon rəhbərliyinin salamlarını tədbir iştirakçılarına çatdırıb və rayon təşkilatına gələcək işlərində uğurlar arzulayıb.

Konfransın yekununda Q.Əsgərov YAP-ın VII qurultayından​ irəli gələn məsələləri və qarşıya qoyulan tapşırıqları iştirakçıların nəzərinə çatdırıb və onların hər birini bundan sonra daha fəal olmağa, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.

Tədbirdə bir qurup YAP fəalları diplomlarla təltif olunublar.

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30