Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azad edilmiş ərazilərin bərpasında Aİ-nin iştirakı məsələsi müzakirə olunub

Azad edilmiş ərazilərin bərpasında Aİ-nin iştirakı məsələsi müzakirə olunub

18.11.2021 [13:27]

Xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun rəhbəri vəzifəsini icra edən Maçye Popovski ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən yeniazerbaycan.com-a verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, xüsusilə də Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə Görüşü ərəfəsində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirakı, habelə Aİ rəsmiləri ilə keçirilmiş ikitərəfli görüşlərinə istinad edib, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının müzakirə edildiyini bildirib.

M.Popovskiy Bakıda keçirdiyi görüşlərdən, habelə təşkil olunan “Qarışıq Maliyyə” təlimindən məmnunluqla bəhs edib. Bu tədbirin əməkdaşlarıq münasibətləri çərçivəsində mövcud olan və hələ ki istifadə edilməyən potensialın müəyyən olunması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.

Tərəflər həmçinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması prosesi çərçivəsində Avropa İttifaqının maliyyə institutlarının iştirakı məsələsini müzakirə ediblər.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30