Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Göygöldə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib

Göygöldə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib

05.11.2021 [19:03]

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Heyvandarlıq Elmi Tədqiqat İnstitutu (HETİ ) ərazi ilk partiya təşkilatında 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Heyvandarlıq Elmi Tədqiqat İnstitutu (HETİ ) ərazi ilk partiya təşkilatınınsədri Mahir Hacıyev deyib ki, Zəfər Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış tarixi hadisə ilə əlaqədardır: “Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün mühüm önəm daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin yağılardan alınması unikal hərbi əməliyyatlardan biri kimi dünya hərb tarixinə düşdü. 44 gün ərzində Azərbaycanın uğurları, xüsusilə Şuşanın düşməndən təmizlənməsi Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Ən başlıcası isə Ermənistanın öz məğlubiyyətini etiraf etməsini və kapitulyasiyasını şərtləndirdi. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Zəfər Günü kimi qeyd edilməsi qərara alındı”.

Sonra  YAP Gəncələr Birliyinin İdarə Heyətinin üzvü, HETİ-nin direktor müavini Fərid Dünyamalıyev çıxış edərək deyib ki, hər bir xalqın müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində öz əksini tapır: “Müstəqilliyimizin, suverenliyimizin rəmzi olan üçrəngli şanlı bayrağımız ilk dəfə 1918-ci ildə ucaldılıb. İkinci dəfə bu şanlı bayrağı qaldırmaq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevə nəsib olub. Belə ki, 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan MR-in dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan MR-in Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxaraq bu bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Bu gün Azərbaycan xalqının hər bir nümayəndəsi də  öz bayrağını canından, qanından üstün tutur. Azərbaycan xalqının bayrağına olan məhəbbətini dərk etmək üçün təkcə bir faktı qeyd etmək kifayətdir. Belə ki, 44 günlük Vətən müharibəsində Gəncə şəhəri raket hücumuna məruz qalarkən gəncəli Xəyyam Eyyubov dağıntılar altından bayrağımızı götürüb çıxmışdı”.  

Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov, təşkilatın məsləhətçisi Aygün Həsənova da vurğulayıblar ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsində xalqımızın ən böyük arzusunu reallığa çevirib. Qeyd olunub ki, qazanılmış möhtəşəm Qələbə uzun illərdən bəri Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsibaxımından Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30