Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şəhid Oqtay Ağabəyovun xatirə kompleksinin açılışı olub

Şəhid Oqtay Ağabəyovun xatirə kompleksinin açılışı olub

04.11.2021 [17:44]

Nizami rayonunda 44 günlük Vətən Müharibəsində şəhid olmuş Oqtay Ağabəyovun şəhadət günündə yaşadığı binanın qarşısında xatirə kompleksinin açılışı olub.

Mərasim iştirakçıları öncə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbirdə şəhidin anası Əlvadə Ağabəyova, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Könül Nurullayeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, həmçinin, döyüş yoldaşları, dostları və başqaları şəhid haqqında xatirələrini, onun igidliyi, şücaəti barədə danışıblar.

Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqəti mərkəzindədir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun əsgəri olan Oqtay Ağabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə vuruşub, böyük şücaət, igidlik nümayiş etdirib, şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Oqtay Ağabəyov ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonra abidənin açılışı olub, önünə gül dəstələri düzülüb.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30