Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İmişlidə şəhid ailələri və qazilərlə görüş keçirilib

İmişlidə şəhid ailələri və qazilərlə görüş keçirilib

12.10.2021 [11:46]

YAP İmişli rayon təşkilatının fəalları İkinci Qarabağ Müharibəsində iştirak edərək qəhrəmancasına şəhid  olanların ailələri , ö cümlədən qazilərlə görüş keçiriblər.

Görüşdə YAP İmişli rayon təşkilatının fəal üzvü Rüfət Muradov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəlik bacarığı, qətiyyəti, sarsılmaz siyasi iradəsi sayəsində  rəşadətli Azərbaycan Ordusu təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma Qarabağı yağı düşməndən azad etdi. Bu, Azərbaycanın tarixinə qızıl həriflərlə yazılan bir qəhrəmanlıq səhifəsidir.

Qeyd edək ki, YAP İmişli rayon təşkilatının rəhbərliyi və fəalları daim şəhid ailələrinə davamlı ziyarət edirlər və onların problemləri ilə maraqlanaraq müvafiq köməklik göstərirlər. YAP fəalı Malik Ağazədənin sözlərinə görə, şəhid ailələrinə göstərilən diqqət həmin ailələrinin ağrısını azacıq da olsa yüngülləşdirir: “Biz inanırıq ki, dövlətimizin şəhid ailələrinə qayğısını görən hər bir gənc istənilən anda doğma Vətənin müdafiəsini özünün müqəddəs vəzıfəsi hesab edərək bu yolda həyatlarını fəda etməyi özlərinin oğulluq borcu biləcəklər.”

Paylaş
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30