Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nərimanov rayonunda Vətən müharibəsi şəhidi Kamran Hüseynovun anım günü qeyd edilib

Nərimanov rayonunda Vətən müharibəsi şəhidi Kamran Hüseynovun anım günü qeyd edilib

01.10.2021 [19:22]

44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanımız Kamran Hüseynovun anım günü qeyd olunub.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşkilatın əməkdaşları şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Kamran Hüseynovun II Fəxri Xiyabanda uyuduğu məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.

Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və təşkilatın əməkdaşları şəhidin ailəsini ziyarət ediblər. YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev görüş zamanı Ali Baş Komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb. O qeyd edib ki, şanlı ordumuz 44 günlük müharibədə öz vəzifəsinin öhdəsindən layiqincə gəldi və nəticədə Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Qüdrətli Azərbaycan Ordusunun əldə etdiyi bu tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malik olduğunu  xüsusi vurğulayan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev nitqində bu qələbədə payı olan Kamran və onun kimi qəhrəman oğullarımızın göstərdikləri igidliklərdən danışıb və bildirib ki, belə mərd oğullarımızın xatirəsi hər zaman əziz tutularaq gələcək nəsillərə nümunə göstəriləcək.

Qeyd edək ki, Kamran Hüseynov 1996-cı il avqustun 14-də Bakı şəhərində anadan olub, 287 saylı Zəkalar Liseyində orta təhsil, Naxçıvan Müəllimlər İnstitutunda isə ali təhsil alıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini keçən Kamran 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı könüllü olaraq Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Kamran Hüseynov oktyabrın 1-də Füzuli uğrunda döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Kamran Hüseynov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

N.BAYRAMLI

Paylaş
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30