Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropanın enerji böhranından çıxış yolu

Avropanın enerji böhranından çıxış yolu

01.10.2021 [15:53]

Avropa İttifaqına son vaxtlar “Qoca qitə”də rekord vuran təbii qazın qiymət problemini alternativ enerji ilə həll etmək təklif edilib. yeniazerbaycan.com-un Rusiyanın “Lenta.ru” portalına istinadən verdiyi xəbərə görə, mütəxəssislərin fikrincə, qaz çatışmazlığı və idxal olunan yanacaq qiymətlərinin yüksək olması fonunda günəş və külək elektrik stansiyalarının sayının artırılması Avropanı enerji böhranından çıxara biləcək. Sayt yazır ki, mövcud vəziyyətdən belə bir çıxış yolu “Eurelectric” elektrik enerjisi şirkətləri assosiasiyasının konfransında iştirak edənlər tərəfindən irəli sürülüb.

Konfransda o da qeyd olunub ki, enerji qiymətlərinin artmasına Rusiya və Norveçdən kömür və qaz tədarükünün məhdudlaşdırılması, habelə Avropa İttifaqının karbon qazı tullantıları üzrə kvotaların artırılması qərarı təsir edib. “Uzun müddət üçün problemin ən yaxşı həlli, bərpa olunan mənbələri sürətlə tətbiq etmək və enerji səmərəliliyini artırmaqdır. Külək və günəş enerjisinə daha çox sərmayə qoymalıyıq ki, qitədəki elektrik enerjisinin qiymətini daha tez təyin edə bilək. Mövcud vəziyyət, idxal olunan yanacaqlardan imtina edilməsinin zəruriliyini göstərir”, - deyə Avropa Yenilənən Mənbələr və Enerji Sistemləri İnteqrasiyası Komissiyasının rəhbəri Lukaş bildirib.

Alternativ elektrik enerjisinə keçidi təklif edən mütəxəssislərin fikrincə, bu addım Avropa İttifaqına 2050-ci ilə qədər nəinki qiymətləri nəzarətdə saxlamağa, həm də karbon neytrallığına (karbon qazı tullantılarını tam şəkildə kompensasiya etməyə) kömək edəcək.

Xatırladaq ki, sentyabr ayında Avropada təbii qazın qiymətləri yeni bir rekord həddə çatıb. Sentyabrın 29-da Londonun ICE birjasında min kubmetr üçün 1050 dollar təklif olunub.

Paylaş
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30