Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ukraynada “Bayraktar”lar üçün təlim mərkəzi inşa ediləcək

Ukraynada “Bayraktar”lar üçün təlim mərkəzi inşa ediləcək

01.10.2021 [15:53]

Ukrayna Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında pilotsuz uçuş aparatlarına (PUA) texniki xidmət və təlim mərkəzinin inşasına dair birgə protokol imzalanıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna Prezident Administrasiyasından verilən məlumatda deyilir ki, sənədin imzalanma mərasimində Ukrayna Prezidenti Vladimir Zelenski, Ukrayna müdafiə naziri Andriy Taran və “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar iştirak edib.

Mərasimdə çıxış edən V.Zelenski bu anı uzun müddət gözlədiklərini ifadə edərək, layihənin reallaşmasında əməyi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, imzalanan sənədə əsasən, “Baykar” şirkəti Ukrayna Ordusuna məxsus Vasilkov bölgəsində PUA-ların saxlanılması, modernləşdirilməsi və onlara təlim keçirilməsi üçün mərkəz inşa edəcək.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri 2019-cu ildə Türkiyədən 6 ədəd “Bayraktar TB2” PUA-sı və 3 yerdən idarəetmə stansiyası alıb. Bu ilin iyul ayında isə 1 ədəd “TB2” PUA kompleksi Ukrayna Hərbi Dəniz Qüvvələrinə çatdırılıb.

Paylaş
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30