Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ-dan Çinə çağırış: İrandan neft idxalını azalt!

ABŞ-dan Çinə çağırış: İrandan neft idxalını azalt!

01.10.2021 [15:52]

yeniazerbaycan.com-un Rusiyanın “Lenta.ru” portalına istinadən verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Çin Xalq Respublikasını İrandan xam neft alışını azaltmağa çağırıb. Agentlik xəbər verir ki, buna səbəb kimi Çinin neft idxalı yolu ilə ABŞ-ın sanksiyaları altında olan İranın iqtisadiyyatına kömək etməsi göstərilir.

Qeyd edək ki, rəsmi Vaşinqtonun sanksiyaları İrandan digər ölkələrə neft satışını məhdudlaşdırmaq, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə danışıqları bərpa etməsi üçün rəsmi Tehrana təzyiq göstərmək məqsədi daşıyır.

Saytın xəbərinə görə, ABŞ-ın yüksəkvəzifəli məmuru deyib ki, Çin şirkətləri ilə əlaqələr daxil olmaqla, İranın sanksiyalardan yayınmasının qarşısını almaq üçün də sanksiya metodundan istifadə etdiklərini və bundan sonra da bu metodu tətbiq edəcəklərini bildirib.

Xəbərdə qeyd olunur ki, “Kpler” analitik şirkətinin məlumatına görə, ilin əvvəlindən Çinə İran neftinin idxalı gündəlik 553 min barel təşkil edib.

Paylaş
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30