Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sabiq müdafiə nazirinin həbsi ilə bağlı müəmma: TONOYAN haradadır?

Sabiq müdafiə nazirinin həbsi ilə bağlı müəmma: TONOYAN haradadır?

01.10.2021 [15:51]

Məlum olduğu kimi, erməni mediasında keçmiş müdafiə naziri David Tonoyanın həbsi ilə bağlı bir-birinə zidd məlumatlar yayılmaqdadır. yeniazerbaycan.com-un Ermənistanın “newsarmenia.am” saytına istinadən yaydığı xəbərə görə, artıq bu ölkənin təhlükəsizlik xidməti (TX), xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə şübhəsi ilə 2018-2020-ci illərdə, o cümlədən 44 günlük müharibə dövründə Ermənistanın müdafiə naziri postunu tutan David Tonoyan və təchizatçı şirkətin direktoru David Qalstyanın saxlanılması barədə rəsmi məlumat verib. Məlumatda o da bildirilir ki, TX-nin İstintaq idarəsi məğlub Ermənistanın müdafiə nazirliyi və silahlı qüvvələrinin yüksəkvəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktı ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqını davam etdirir.

Məlumatda o da qeyd edilir ki, sentyabrın 30-da bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə vəsatət verib. Bundan əlavə, cinayət işi çərçivəsində Ermənistan silahlı qüvvələrinin keçmiş və indiki yüksəkrütbəli məmurlarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır maddi ziyana səbəb olan rəsmi saxtakarlıqlara görə cinayət təqibi başlanılıb.

Buna baxmayaraq, sabiq müdafiə naziri D.Tonoyanın ölkəni tərk etməmək şərti ilə evə buraxıldığı barədə erməni mediasında məlumatlar dolaşmaqdadır.

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30