Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Eks-prezident azadlıqdan məhrum edildi

Eks-prezident azadlıqdan məhrum edildi

01.10.2021 [15:51]

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci ildəki prezident seçkilərində təbliğat-təşviqat kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinib. yeniazerbaycan.com-un “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu səbəbdən məhkəmənin qərarına əsasən prezident bir il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, bu cəza ev dustaqlığı ilə həyata keçirilə bilər. Eyni zamanda, N.Sarkozinin vəkillərinin apellyasiya şikayəti verəcəyi gözlənilir.

Xəbərdə o da qeyd edilir ki, məhkəmənin qərarına görə, N.Sarkozi digər 13 təqsirləndirilən şəxslə birlikdə kampaniyaya ən az 42,8 milyon avro xərcləyib ki, bu da qanuni həddən iki dəfə çoxdur. Eyni zamanda, cinayətin digər iştirakçılarından fərqli olaraq, eks-prezident fırıldaqçılıqda günahlandırılmayıb.

Xatırladaq ki, məhkəmənin 1 il müddətinə azadlıqdan məhrumetmə qərarı keçmiş prezident N.Sarkozi barəsində son bir ildə çıxarılan ikinci real hökmdür. Eyni zamanda, Fransa tarixində ikinci dəfədir ki, keçmiş dövlət başçısı həbs cəzasına məhkum edilir.

Paylaş
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30