Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Özünüməşğulluq proqramı uğurla icra edilir

Özünüməşğulluq proqramı uğurla icra edilir

15.11.2025 [13:51]

İntiqam Quliyev   

YAP Ağdam rayon təşkilatının sədr müavini

Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq olunan yeni idarəçilik modeli vətəndaş məmnunluğunu artırmaq, dövlət strukturlarında şəffaflığı və hesabatlılığı təmin etmək məqsədi daşıyır. Prezident cənab İlham Əliyev 12 noyabr 2025-ci il tarixində Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı sosial ədalət prinsipinə riayət edilməsi barədə öz tövsiyyələrini verdi. Prezident cənab İlham Əliyev bildirdi ki, "Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. "Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı söylədiyi fikirlər dövlət idarəçiliyində yeni mərhələnin formalaşdığını bir daha göstərdi. Prezidentin çıxışı xalqa xidmət, şəffaflıq və məmurların məsuliyyət hissinin artırılması üzərində idi. Prezident cənab İlham Əliyevin yerlərdəki rəhbərlər qarşısındakı tələblərindən biri də iş yerlərinin yaradılması, iş adamlarına şərait yaradılması ilə bağlıdır. Yerli istehsalın inkişafı ilk növbədə məşğulluq məsələlərini təmin edir ki, bu da əhalinin rifahının yaxşılaşmasını təmin edən əsas faktorlardan biridir. Bununla əlaqədar olaraq Dövlətimizin Başçısı cənab İlham Əliyev bildirdi ki, "Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub." Həmçinin Cənab Prezientin çıxışında məşğulluq və ekoloji balans məsələlərinə də geniş yer verildi. Yerlərdə iş yerlərinin yaradılması, sahibkarlığa dəstək və turizmin inkişafı prioritet olmalıdır.

Paylaş:
Baxılıb: 2 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30