Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Qayıdışın ilk qədəmi!

Böyük Qayıdışın ilk qədəmi!

15.11.2025 [08:56]

Daha 110 nəfər Ağalıya qayıtdı...

Bu gün xalqımız tarixin ən əlamətdar, möhtəşəm və qürurlu anlarını yaşayır. İllərlə həsrət qaldığımız torpaqlarımızın bütövlüyünə qovuşmuşuq, yüz minlərlə soydaşımız məcburi köçkünlük yükündən azad olub. Artıq tarixi salnamələrimizə qızıl həriflərlə həkk olunacaq daha bir möhtəşəm məqamı, Böyük Qayıdışı yaşayırıq.

İkinci Qarabağ müharibəsindən sonra bu xoşbəxtliyi ilk yaşayanlar Zəngilanın Ağalı kəndinin sakinləri oldu. Ağalıya qədəm qoyarkən müasir şəhərsalma standartlarının tətbiq olunması diqqəti çəkir. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Ümumilikdə, “Ağıllı kənd” layihəsi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri kimi komponentlər üzrə icra edilib.

Zəngilan özünün yeni dövrünü yaşayır

İşğaldan azad olunduqdan sonra həyatın canlandığı Zəngilan rayonunun Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışının davam etməsi prosesinə şahidlik etməyimizin özü də ayrı bir xoşbəxtlikdir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana qayıdışın ikinci mərhələsi çərçivəsində neçə-neçə ailənin məcburi köçkün həyatına son qoyulub, onlar artıq bu adla vidalaşıblar. Bütün bu uğurlar, məhz müharibədən sonra dövlətimizin dərhal düzgün istiqamət götürüb quruculuq-bərpa işlərinə start verməsi oldu. 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev bildirmişdi ki, ənənəvi infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir, ona görə əsas diqqət işğaldan azad edilmiş torpaqlara yönəldilməlidir. Bütün bunlar gerçəkləşdi və Azərbaycanın prioriteti Qarabağa qayıdışdır və Qayıdışın tam olaraq icra edilməsidir. Təbii ki, təkcə Zəngilanın Ağalı kəndinə deyil, işğaldan azad olunmuş bütün şəhər və rayonlara Böyük Qayıdış həyata keçirilməkdədir. Əlbəttə, kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq, yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər və o yerlərdə həyatın rəngi, ahəngi dəyişəcək. Şübhəsiz ki, Azərbaycan dövləti onların layiqli həyatını təmin edir və edəcək də.

41 ailənin sevinci...

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağalı kəndində ikinci mərhələ üzrə sakinlərin məskunlaşdırılması prosesi davam edir. Dünən Ağalı kəndi daha 41 ailə olmaqla, 110 nəfərə qucaq açıb.

Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlardan 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb.

Kəndə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və kənddə yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30