Bakı Bəyanatında yer alan mühüm çağırışlar...
06.06.2025 [10:46]
Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliklər
Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının 2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib.
Beynəlxalq elmi konfransın əhəmiyyəti...
Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakı şəhərində “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.
Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də millət vəkilləri iştirak ediblər. Bu konfrans əvvəlki konfranslardan bir neçə cəhətdən fərqlənib. Xüsusilə də, əcnəbi qonaqların müstəmləkəçiliyin acınacaqlı vəziyyətinə elmi yanaşması və bu məsələni beynəlxalq təşkilatlar prizmasından dəyərləndirməsi baxımından diqqəti çəlb edib.
Konfransda müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında təhlil olunub. Tədbirdə beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları və s. müzakirə edilib.
Bakı Bəyanatında nələr əks olunub?
Yeri gəlmişkən, “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransda Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib. Konfransında iştirak edən alimlər, o cümlədən akademiklər insan hüquqları, ədalət, dekolonizasiya, elmi azadlıq və həqiqət axtarışına dair qlobal dəyərlərə sadiqliyini elmi təşəbbüs və yanaşmalar vasitəsilə bir daha bəyan ediblər. “Biz kolonializmin müasir cəmiyyətlərdə davam edən irsini nəzərə alaraq, onun ideoloji, siyasi, sosial, mədəni və iqtisadi təsirləri barəsində davamlı şəkildə elmi səviyyədə araşdırmanın vacibliyini qəbul edir və kolonializm anlayışının doğru dərk olunması, dialoqun təşviqi, insan ləyaqətinə və xalqların dekolonizasiya hüququna hörmətin inkişaf etdirilməsində elmi-tədqiqat və təhsilin həlledici rolunu vurğulayırıq. Biz kolonial hakimiyyətin tarixi prosesləri və quruluşlarının qitələrdə dərin, çoxşaxəli təsirlər yaratdığını, lakin bunların çoxunun hələ tam şəkildə həll olunmadığını qəbul edirik. Müxtəlif elmi sahələri, regionları və intellektual ənənələri təmsil edən alimlər olaraq, kolonial irsin tədqiqi zamanı bərabərlik, sülh və doğru səlahiyyətlərin verilməsi istiqamətində fənlərarası əməkdaşlığın və müstəqil araşdırmanın vacibliyini təsdiq edirik”,-deyə bəyanatda vurğulanıb.
Yeni platforma yaradılır
Bildirilib ki, BMT-nin Afrikamənşəli xalqlar üzrə Daimi Forumu və Afrikaəsilli xalqlar üzrə Ekspertlər Qrupunun təşəbbüsü ilə yaradılmış Afrikamənşəli xalqların tədqiqi üzrə Qlobal Şəbəkənin fəaliyyəti yüksək qiymətləndirilir. Bu şəbəkə tədqiqatçılar, hüquq mütəxəssisləri, siyasi ekspertlər, təhsil işçiləri, akademik institutlar, məktəblər və universitetlər arasında əlaqə yaratmaqla, BMT-nin irqçiliklə mübarizə mexanizmlərinə, üzv dövlətlərə, BMT agentliklərinə, vətəndaş cəmiyyətinə, hüquq müdafiəçilərinə və ictimaiyyətə dəstək göstərməyi hədəfləyir. Bundan əlavə, konfrans iştirakçıları elmi araşdırmalardan tarixən kənarda qalmış icmaların dekolonizasiya və insan hüquqları mövzusundakı müzakirələrə cəlb edildiyi inklüziv elmi platformaların yaradılmasının vacibliyini bir daha vurğulayıblar. Bu yolla sistemli şəkildə ədalətsizliklərin aradan qaldırılmasına və intellektual plüralizmin təşviqinə yönəlmiş qlobal səylərə töhfə vermək istəyi ifadə olunub. Bu yanaşmanı rəhbər tutaraq və hər hansı hüquqi öhdəlik yaratmadan, dekolonizasiya və təzminat məsələlərinə dair gələcək elmi əməkdaşlıq təşəbbüsləri dəstəklənib və bu istiqamətə töhfə vermək niyyəti açıq şəkildə bəyan edilib.
“Bu məqsədlə biz beynəlxalq elmi həmrəyliyi gücləndirmək, tədqiqatçılar arasında əməkdaşlığı genişləndirmək, gənc alimləri dəstəkləmək və dekolonizasiya mövzusunda bilik mübadiləsinə şərait yaratmaq məqsədilə Dekolonizasiya üzrə Beynəlxalq Tədqiqat və Bilik Platformasının yaradılmasında ortaq niyyətimizi bildiririk. Biz beynəlxalq təşkilatları, hökumətlərarası qurumları, regional institutları və vətəndaş cəmiyyəti nümayəndələrini bu platformaya dəstək verməyə çağırırıq. Belə bir dəstək, sistemli şəkildə ədalətsizliklərin aradan qaldırılması, təzminatların verilməsi, dayanıqlı inkişaf və dekolonizasiyaya nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edəcək”,-deyə Bakı Bəyanatında vurğulanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 Yanvar 15:02
YAP xəbərləri
22 Yanvar 14:58
Sosial
22 Yanvar 14:55
Hadisə
22 Yanvar 14:49
YAP xəbərləri
22 Yanvar 14:42
Siyasət
22 Yanvar 14:37
Dünya
22 Yanvar 14:32
Gündəm
22 Yanvar 14:30
YAP xəbərləri
22 Yanvar 14:30
Dünya
22 Yanvar 14:06
Hadisə
22 Yanvar 13:51
Hadisə
22 Yanvar 13:45
Hadisə
22 Yanvar 13:43
YAP xəbərləri
22 Yanvar 13:19
İqtisadiyyat
22 Yanvar 12:13
İqtisadiyyat
22 Yanvar 12:09
Hadisə
22 Yanvar 12:08
Analitik
22 Yanvar 11:58
Gündəm
22 Yanvar 11:53
Siyasət
22 Yanvar 11:27
Siyasət
22 Yanvar 10:58
Elm
22 Yanvar 10:51
Siyasət
22 Yanvar 10:39
Siyasət
22 Yanvar 10:24
İqtisadiyyat
22 Yanvar 10:17
Sosial
22 Yanvar 09:50
Ədəbiyyat
22 Yanvar 09:32
Analitik
22 Yanvar 09:14
Gündəm
22 Yanvar 08:54
Analitik
22 Yanvar 08:52
Sosial
22 Yanvar 08:37
İdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47

