Kanadadakı meşə yanğınlarının tüstüsü Avropaya qədər yayılıb
04.06.2025 [16:49]
Kanadada tüğyan edən meşə yanğınlarının tüstüsü Atlantik okeanı keçərək Avropaya qədər yayılıb. Yaxın günlərdə əlavə tüstü kütlələrinin qitəyə çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının “Copernicus” yer müşahidəsi proqramı məlumat yayıb. Əsasən yüksək atmosfer qatlarında yayıldığı üçün tüstü havanın keyfiyyətinə ciddi təsir etməyəcək.
Peyk vasitəsilə dünyanın müxtəlif təbəqələrini, o cümlədən atmosferi, okeanları və qitələri izləyən “Copernicus” proqramının məlumatına görə, Kanadanın Saskaçevan, Manitoba və Ontario əyalətlərində son həftələr ərzində qeydə alınan meşə yanğınları havanı çox miqdarda tüstü və zərərli maddələrlə çirkləndirib.
Kanadanın hakimiyyət orqanlarının hesabatına əsasən, bəzən sayı yüzü keçən yanğın ocaqları quraqlıq və külək nəticəsində sürətlə geniş ərazilərə yayılıb. Təbii fəlakət səbəbindən minlərlə insan təhlükəsiz ərazilərə təxliyə olunub.
Eyni zamanda, Rusiyanın cənub-şərqində, əsasən Baykal gölünün şərqində yerləşən Buryatiya Respublikası və Trans-Baykal regionunda aprel ayından bəri davam edən meşə yanğınlarının tüstüsü Çinə və Şimali Yaponiyaya doğru hərəkət edir.
Yüksək temperatur və intensiv yanğın nəticəsində əmələ gələn belə tüstü kütlələri atmosferin yüksək qatlarına qədər qalxır və külək vasitəsilə uzaq məsafələrə daşınır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 Yanvar 13:19
İqtisadiyyat
22 Yanvar 12:13
İqtisadiyyat
22 Yanvar 12:09
Hadisə
22 Yanvar 12:08
Analitik
22 Yanvar 11:58
Gündəm
22 Yanvar 11:53
Siyasət
22 Yanvar 11:27
Siyasət
22 Yanvar 10:58
Elm
22 Yanvar 10:51
Siyasət
22 Yanvar 10:39
Siyasət
22 Yanvar 10:24
İqtisadiyyat
22 Yanvar 10:17
Sosial
22 Yanvar 09:50
Ədəbiyyat
22 Yanvar 09:32
Analitik
22 Yanvar 09:14
Gündəm
22 Yanvar 08:54
Analitik
22 Yanvar 08:52
Sosial
22 Yanvar 08:37
İdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53

