Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib

Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib

16.02.2025 [11:30]

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik ünvanlayıb.

AZƏRTAC-ın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Paylaş:
Baxılıb: 276 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Gündəm

İlk rəsmi səfər...

10 Dekabr 10:16  

İqtisadiyyat

Ədəbiyyat

Sosial

İnsan hüquqları...

10 Dekabr 08:51

MEDİA

16 günlük kampaniya...

10 Dekabr 08:23  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31