İrəvan silahlandırılır
11.02.2025 [09:45]
Fransa sülhə mane olur
Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsi vəd edir. Yaranacaq yeni reallıq həm iqtisadi, həm siyasi, həm də hərbi stabillik deməkdir ki, bu da öz növbəsində yeni münasibətlər sisteminin qurulmasına yol açacaq. Başqa sözlə, Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh növbəti dövr üçün bölgənin əməkdaşlıq sxemini yeniləcəyək, əlaqələrin daha da genişlənməsinə yol açacaq və öz növbəsində bölgənin tranzit imkanlarından yararlanmağa çalışacaq qlobal diqqəti buraya yönəldəcək. Yəni, sülh özlüyündə inkişaf və tərəqqinin ilkin şərti də sayıla bilər. Buna real imkanlar da var. Bölgənin əsas problemlərindən biri - erməni separatizmi aradan qaldırılıb. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ötən il ikitərəfli təmaslarda müəyyən nəticələr əldə olunub - erməni işğalı altında olan Qazax rayonunun 4 kəndi azad edilib, 13 kilometrlik ərazidə sərhədlərin delimitasiyası və demarkasiyası aparılıb. Bu, yeni dövr üçün mühüm təməl belə sayıla bilər. Amma erməni məkri bu kimi mühüm bir mənzərənin reallaşmasına əngəl yaradır - İrəvanın yenidən silahlı təxribata əl atması sülh prosesini pozmağa yönələn hal kimi dəyərləndirilir, bu addım Ermənistanın hazırki vəziyyətin davam etməsində maraqlı olduğunu ortaya qoyur.
Ermənistan hazırlaşır...
Qeyd edildiyi kimi, İrəvan bütün destabil addımları bir kənara qoyaraq sülh üçün fəal iş aparmalı olduğu halda, yenidən silahlanma üçün can atır. Bu isə ölkənin Azərbaycana qarşı fəal müharibəyə hazırlaşdığını deməyə əsas verir. Yeri gəlmişkən, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir. Məlumata görə, bu hazırlıq planlı və məqsədyönlü şəkildə davam etdirilir. Bildirilir ki, Fransa Ermənistana veriləcək 26 ədəd “Bastion” zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. Onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Həmçinin Paris artıq İrəvana 12 ədəd “Sezar” artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silah Ermənistana veriləcək.
Yenə də eyni “koordinat”...
Bəli, yenə də Fransanın ortada maneə kimi çıxış etməsi təəccübləndirici deyil. Azərbaycanla bağlanacaq sülh müqaviləsinin hələ də razılaşdırılmamış bəndlərinə nəzər saldıqda, başqa ölkələrin nümayəndələrinin bizim sərhədimizdə yerləşdirməməklə bağlı məsələyə Ermənistanın razılaşmaması bu məsələdə açar rolunu oynayır - Fransa Aİ missiyası adı altında bölgədə varlığını davam etdirməkdə israrlıdır. Sülhün bağlanmaması üçün bütün gücünü ortaya qoyan Paris hətta İrəvanı açıq şəkildə silahlandırır. Bu proses 2024-cü ildə daha aktiv şəkildə aparılıb. Ötən ilin iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki tərəf arasında 36 ədəd “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanıb. Ən son modifikasiyada alınacaq bu artilleriya sistemlərinin hər biri 5,5 milyon avro dəyərində qiymətləndirilir. Beləliklə, 36 artilleriya sistemi və həmin sistemlər üçün mütləq 155 mm-lik mərmilər əldə edən İrəvan azı 200 milyon avro vəsait xərcləyib.
Bu siyahıya Parisin həmin müqavilədən bir müddət öncə İrəvana satdığı və hər biri 14 milyon avro dəyərində olan 3 ədəd GM200 radar sistemi və 20 milyon dollara “Bastion” zirehli transportyorlarını əlavə etsək, tərəflərin hərbi-texniki əməkdaşlığının çox ciddi rəqəmlərə çatdığını söyləmək olar.
Fransa “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair Ermənistanla müqavilə imzaladığını nəzərə alsaq, tərəflər arasında silah müqavilələrinin 400 milyon avrodan çox olacağını söyləmək olar. Çünki “Mistral” sistemlərinin qiyməti Fransa tərəfindən məxfi saxlanılsa da, onun yüksək dəyərə malik olduğu, təkcə bu sistemlərin buraxdığı 1 raketin qiymətinin 300 min dollar təşkil etdiyi məlumdur. Paralel olaraq, Fransanın İrəvana gecəgörmə cihazları, müasir snayper tüfəngləri və s. tədarük etdiyini nəzərə almaq lazımdır.
Eyni zamanda, ötən ilin 24 iyulunda Hindistanın IADN agentliyi 2024-2025-ci maliyyə ilində Ermənistanın Hindistandan aldığı silahların həcminin 600 milyon dollara çatdığını açıqladı. Hindistan 2024-ci ildə Ermənistan aviasiyasının balansındakı Su-30SM təyyarələrini modernləşdirmək və təyyarələri öz istehsalı olan Astra BVRM və Smart Anti-Airfield Weapon (SAAW) kimi müasir raketlərlə təchiz etməyin müzakirəsini belə aparıb.
Azərbaycan tamaşaçı rolunda olmayacaq!
Amma Ermənistan yenə də səhv edir - Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istərsə də onun havadarları üçün aydındır. Bu ölkənin müraciət etdiyi silahlı təxribatlar ona baha başa gələ bilər - onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Dövlətimiz hər zaman bəyan edib ki, Azərbaycan yeni müharibə istəmir. Bununla belə yarana biləcək hər hansı bir təhlükə və ya təxribatın cavabı da vaxtında və lazımi səviyyədə verilir. Prezident İlham Əliyev hər zaman bildirib ki, Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır: “Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
10 Dekabr 23:56
Sosial
10 Dekabr 23:42
YAP xəbərləri
10 Dekabr 23:19
YAP xəbərləri
10 Dekabr 22:47
Xəbər lenti
10 Dekabr 22:44
Dünya
10 Dekabr 22:28
Sosial
10 Dekabr 22:10
Hadisə
10 Dekabr 21:53
Sosial
10 Dekabr 21:38
YAP xəbərləri
10 Dekabr 21:16
Dünya
10 Dekabr 20:49
YAP xəbərləri
10 Dekabr 20:35
İqtisadiyyat
10 Dekabr 20:17
Dünya
10 Dekabr 19:56
İqtisadiyyat
10 Dekabr 19:38
YAP xəbərləri
10 Dekabr 19:13
İqtisadiyyat
10 Dekabr 19:05
Gündəm
10 Dekabr 19:03
Elm
10 Dekabr 19:02
Elm
10 Dekabr 19:01
Elm
10 Dekabr 19:00
Gündəm
10 Dekabr 18:55
YAP xəbərləri
10 Dekabr 18:41
YAP xəbərləri
10 Dekabr 17:30
YAP xəbərləri
10 Dekabr 16:28
Siyasət
10 Dekabr 16:07
YAP xəbərləri
10 Dekabr 16:05
YAP xəbərləri
10 Dekabr 16:04
İqtisadiyyat
10 Dekabr 16:02
Sosial
10 Dekabr 15:59
YAP xəbərləri
10 Dekabr 15:40
İqtisadiyyat
10 Dekabr 15:21
YAP xəbərləri
10 Dekabr 15:03
YAP xəbərləri
10 Dekabr 15:00
YAP xəbərləri
10 Dekabr 14:49
YAP xəbərləri
10 Dekabr 14:47
Hadisə
10 Dekabr 14:42
Dünya
10 Dekabr 14:19
Hadisə
10 Dekabr 14:15
Sosial
10 Dekabr 13:56
Dünya
10 Dekabr 13:42
Dünya
10 Dekabr 13:20
Dünya
10 Dekabr 12:59
Xəbər lenti
10 Dekabr 12:53
Gündəm
10 Dekabr 12:52
İqtisadiyyat
10 Dekabr 12:41
İqtisadiyyat
10 Dekabr 12:40
Hadisə
10 Dekabr 12:37
Sosial
10 Dekabr 12:35
Dünya
10 Dekabr 12:28
YAP xəbərləri
10 Dekabr 12:20
YAP xəbərləri
10 Dekabr 12:17
Gündəm
10 Dekabr 11:53
Siyasət
10 Dekabr 11:42
İqtisadiyyat
10 Dekabr 11:39
Gündəm
10 Dekabr 11:21
YAP xəbərləri
10 Dekabr 11:16
Elm
10 Dekabr 11:15
Elm
10 Dekabr 10:58
Hadisə
10 Dekabr 10:48
Gündəm
10 Dekabr 10:16
İqtisadiyyat
10 Dekabr 09:43
Ədəbiyyat
10 Dekabr 09:30
Analitik
10 Dekabr 09:17
Sosial
10 Dekabr 08:51
MEDİA
10 Dekabr 08:23
Sosial
10 Dekabr 03:56
Dünya
09 Dekabr 23:19
Dünya
09 Dekabr 22:56
İqtisadiyyat
09 Dekabr 22:20

