Qrenlandiyadakı Katalina gölündə unikal buzlaq daşqını baş verib
10.02.2025 [09:58]
Kopenhagen Universitetinin Niels Bohr İnstitutunun alimləri Şərqi Qrenlandiyada yerləşən Katalina gölündə baş verən buzlaq daşqınını real vaxt rejimində müşahidə ediblər. Bu hadisə ilk dəfə olaraq real vaxt rejimində peyk görüntüləri vasitəsilə izlənilib və sənədləşdirilib.
AZƏRTAC “euronews.com” telekanalına istinadla xəbər verir ki, hadisənin sentyabrın 23-dən oktyabrın 11-dək davam etdiyi və bu müddət ərzində gölün suyunun səviyyəsinin 154 metr aşağı düşdüyü müəyyən edilib.
Tədqiqatın rəhbərlərindən biri Aslak Qrinsted bildirib ki, əvvəllər də buzlaq gölü daşqınlarına rast gəlinsə də, bu prosesin müşahidəsi və suyun həcminin dəqiq ölçülməsi ilk dəfə mümkün olub. Buzlaq gölü daşqınları, göl suyunun yavaş-yavaş toplanması və müəyyən bir kritik həddə çatdıqda buzlağın altından sərbəst axması nəticəsində baş verir. Katalina gölü Edvard Beyli buzlaqının bağladığı vadidə yerləşir və son 20 il ərzində ərimiş su ilə dolub. Göl dolduqca su buzlağı qaldıraraq buzun altında 25 kilometr uzunluğunda tunel yaradıb və nəticədə su dünyanın ən böyük fiyortu (körfəz) olan “Scoresby Sound”a axıb. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi nəticəsində buzlaq göllərinin yaranma və daşma sürəti artmaqdadır. Belə hadisələr xüsusilə Himalay dağları kimi sıx məskunlaşmış ərazilərdə ciddi təhlükə yaradır. 2023-cü ildə aparılan bir araşdırmaya görə, dünyada 15 milyon insan buzlaq gölü daşqınlarının yaratdığı risklərə məruz qala bilər.
Son tədqiqatlar göstərir ki, iqlim dəyişikliyinin təsiri ilə buzlaq göllərinin daşqın hadisələri daha tez-tez baş verir və potensial təhlükələr yaradır.
Xəbər lenti
Hamısına baxDünya
09 Fevral 23:50
Dünya
09 Fevral 23:35
YAP xəbərləri
09 Fevral 23:11
Xəbər lenti
09 Fevral 22:51
YAP xəbərləri
09 Fevral 22:35
Dünya
09 Fevral 22:32
Elm
09 Fevral 21:50
YAP xəbərləri
09 Fevral 21:23
Xəbər lenti
09 Fevral 21:10
Xəbər lenti
09 Fevral 21:09
Xəbər lenti
09 Fevral 21:09
YAP xəbərləri
09 Fevral 20:54
YAP xəbərləri
09 Fevral 20:34
Dünya
09 Fevral 20:19
Gündəm
09 Fevral 20:14
İqtisadiyyat
09 Fevral 19:51
Dünya
09 Fevral 19:42
YAP xəbərləri
09 Fevral 19:37
Dünya
09 Fevral 19:15
Sosial
09 Fevral 18:47
YAP xəbərləri
09 Fevral 18:32
Siyasət
09 Fevral 18:13
YAP xəbərləri
09 Fevral 17:25
Elanlar
09 Fevral 17:19
Gündəm
09 Fevral 17:15
Sosial
09 Fevral 17:09
YAP xəbərləri
09 Fevral 17:05
Siyasət
09 Fevral 17:02
Siyasət
09 Fevral 17:00
Sosial
09 Fevral 16:56
İqtisadiyyat
09 Fevral 16:49
Xəbər lenti
09 Fevral 16:48
Siyasət
09 Fevral 16:47
Sosial
09 Fevral 16:44
Xəbər lenti
09 Fevral 16:36
Xəbər lenti
09 Fevral 16:36
Siyasət
09 Fevral 16:31
YAP xəbərləri
09 Fevral 16:18
YAP xəbərləri
09 Fevral 16:17
Sosial
09 Fevral 16:09
Gündəm
09 Fevral 15:53
YAP xəbərləri
09 Fevral 15:19
İdman
09 Fevral 15:11
Siyasət
09 Fevral 14:40
YAP xəbərləri
09 Fevral 14:34
Sosial
09 Fevral 14:33
Analitik
09 Fevral 13:44
Gündəm
09 Fevral 13:43
YAP xəbərləri
09 Fevral 13:21
Siyasət
09 Fevral 12:44
Sosial
09 Fevral 12:27
Mədəniyyət
09 Fevral 12:26
Siyasət
09 Fevral 12:18
İqtisadiyyat
09 Fevral 12:14
İqtisadiyyat
09 Fevral 12:13
Hadisə
09 Fevral 12:12
YAP xəbərləri
09 Fevral 11:45
Sosial
09 Fevral 11:43
Dünya
09 Fevral 11:41
Hadisə
09 Fevral 11:29
Dünya
09 Fevral 10:40
YAP xəbərləri
09 Fevral 10:32
Dünya
09 Fevral 10:18
Siyasət
09 Fevral 10:12
Dünya
09 Fevral 09:45
Dünya
09 Fevral 09:23
Sosial
09 Fevral 08:59
Dünya
09 Fevral 08:41
Dünya
08 Fevral 22:40
Siyasət
08 Fevral 22:30

