Bakıda Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib
08.02.2025 [19:26]
Fevralın 8-də “Azərkosmos”un Kosmik Akademiyasında Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”), “Nargis” Fondunun və Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi və “Uşaqlarımıza öyrədək” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə keçirilən forumda orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən “Uşaqlarımıza öyrədək” İB-nin sədri və təsisçisi Yusif Kərimli bildirib ki, forumun keçirilməsində əsas məqsəd gənclərə müxtəlif mövzularda, əsasən təbiət və dayanıqlılıqla bağlı fikirlərini sərbəst ifadə etmək, innovativ layihələrini və yaradıcı ideyalarını nümayiş etdirmək üçün platforma yaratmaqdır. “Tədbirdə gənclərin qlobal məsələləri paneldə müzakirə etməsi və sahələrində böyük təcrübəyə malik şəxslərdən dəyərli məsləhətlər alması üçün dinamik bir mühit yaradılacaq. Forumun əsas məqsədlərindən biri ideyaların mübadiləsi üçün platforma yaratmaqla yanaşı, iri şirkətlərlə gənclər arasında körpü qurmaqdır”, - deyə Yusif Kərimli əlavə edib.
Daha sonra İB-nin nümayəndəsi Səbinə Abışova “Uşaqlarımıza öyrədək” İB-nin yaradılması və fəaliyyəti barədə məlumat verib.
Sonra İB-nin fəaliyyətinə dair video təqdim olunub.
“Azərkosmos”un təhsil və tanıtım üzrə meneceri İmran Muxtarov iştirakçılara qurumun fəaliyyəti və Kosmik Akademiya barədə məlumat verib. “Bu təqdiredici təşəbbüsə görə sizi təbrik etmək istəyirəm. Əminəm ki, belə tədbirlər gənclərin kosmik biliklərinin genişləndirilməsi və marağının artırılması istiqamətində mühüm rol oynayacaq”, - deyə İ.Muxtarov bildirib.
Sonra İmran Muxtarov “Azərkosmos”un fəaliyyətinə dair təqdimatla çıxış edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Fevral 16:27
YAP xəbərləri
16 Fevral 16:21
İqtisadiyyat
16 Fevral 16:19
Sosial
16 Fevral 16:18
Dünya
16 Fevral 16:17
İqtisadiyyat
16 Fevral 16:08
Sosial
16 Fevral 15:38
İqtisadiyyat
16 Fevral 15:05
Sosial
16 Fevral 15:00
YAP xəbərləri
16 Fevral 14:50
Gündəm
16 Fevral 14:37
YAP xəbərləri
16 Fevral 14:35
Dünya
16 Fevral 13:57
İdman
16 Fevral 13:52
Sosial
16 Fevral 13:52
YAP xəbərləri
16 Fevral 13:34
Hadisə
16 Fevral 13:27
Gündəm
16 Fevral 13:19
YAP xəbərləri
16 Fevral 13:01
Sosial
16 Fevral 12:36
Dünya
16 Fevral 12:33
Sosial
16 Fevral 12:15
YAP xəbərləri
16 Fevral 12:14
Dünya
16 Fevral 12:10
Siyasət
16 Fevral 12:08
YAP xəbərləri
16 Fevral 11:49
YAP xəbərləri
16 Fevral 11:49
İqtisadiyyat
16 Fevral 11:48
İqtisadiyyat
16 Fevral 11:45
Dünya
16 Fevral 11:45
Sosial
16 Fevral 11:44
Dünya
16 Fevral 11:19
Dünya
16 Fevral 10:54
Hadisə
16 Fevral 10:26
Sosial
16 Fevral 10:26
Dünya
16 Fevral 10:22
YAP xəbərləri
16 Fevral 10:00
Dünya
16 Fevral 09:40
Dünya
16 Fevral 09:17
Dünya
16 Fevral 08:51
İdman
16 Fevral 08:34
Dünya
15 Fevral 22:14
Gündəm
15 Fevral 21:24
Sosial
15 Fevral 20:03
Gündəm
15 Fevral 19:44
Dünya
15 Fevral 19:22
Dünya
15 Fevral 18:17
Gündəm
15 Fevral 17:52
Sosial
15 Fevral 17:34
Gündəm
15 Fevral 16:52
Dünya
15 Fevral 16:25
Gündəm
15 Fevral 16:05
Gündəm
15 Fevral 15:53
Gündəm
15 Fevral 15:19
Dünya
15 Fevral 14:28
Dünya
15 Fevral 13:17
Dünya
15 Fevral 12:23
Siyasət
15 Fevral 12:22
Dünya
15 Fevral 11:19
Siyasət
15 Fevral 10:47
Dünya
15 Fevral 09:20
Dünya
14 Fevral 23:19
Gündəm
14 Fevral 22:35
Hadisə
14 Fevral 22:13
Sosial
14 Fevral 21:32
Dünya
14 Fevral 20:17
Gündəm
14 Fevral 19:46
İdman
14 Fevral 19:34
Gündəm
14 Fevral 19:14
Gündəm
14 Fevral 19:06

