Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Bloomberg”: Aİ Suriyanın enerji sektoruna qarşı sanksiyaları dayandıra bilər

“Bloomberg”: Aİ Suriyanın enerji sektoruna qarşı sanksiyaları dayandıra bilər

08.02.2025 [15:56]

Aİ Suriyaya qarşı enerji və bank sektoru ilə bağlı sanksiyaların dayandırılmasını, o cümlədən ölkədən neft idxalına, neft və qaz texnologiyalarının ixracına qoyulan qadağaların aradan qaldırılmasını müzakirə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Müqavilə potensial olaraq neftin kəşfiyyatı və emalı, həmçinin yeni elektrik stansiyalarının tikintisi üçün maliyyələşdirməyə qoyulan məhdudiyyətlərə son qoyacaq”, - agentliyin bəyanatında deyilir.

Bundan əlavə, tədbirlər bir neçə bankın sanksiya siyahısından çıxarılmasını və Suriya Mərkəzi Bankına qoyulan məhdudiyyətlərin qismən aradan qaldırılmasını əhatə edə bilər. Aİ, həmçinin reaktiv yanacaq ixracına qoyulan qadağaları aradan qaldırmağı, hava yolları və hava limanlarına qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir.

Bundan əvvəl Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi üçün yol xəritəsi üzərində razılığa gəliblər.

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

Tarixi təşəbbüs

24 Aprel 18:43

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30