Türkiyədən Azərbaycana ən xoş salamlar...
08.02.2025 [07:30]
Prezident Rəcəb Tayyib Ərdoğan: Şəxsən öz adımdan və bütün türk xalqı adından qardaşım İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm
Qardaş Türkiyə 6 fevral 2023-cü il tarixində sonradan “Əsrin faciəsi” adlandırılan dağıdıcı zəlzələnin şokunu yaşadı. Təbii fəlakətin miqyası kifayət qədər böyük olub. Dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Bu günlərdə faciənin ikinci ildönümü ilə əlaqədar Türkiyənin Adıyaman vilayətində mərasim təşkil olunub. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına ölkəmizin töhfəsinə görə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova xatirə plaketi təqdim edib. Xatirə plaketinin üzərində “Əsrin fəlakəti fonunda göstərilən nümunəvi həmrəylik, dəstək və fədakarlıq yaddaşımızda əbədi olaraq qalacaq və ölkəmizin gələcəyinin qarantı olan yeni vətəndaş nəsilləri üçün ilham mənbəyinə çevriləcəkdir” sözləri əks olunub.
“Bir yumruq”, “Can Azərbaycan”
Ölkələrarası münasibətlərə təsir göstərən çoxsaylı amillər sadalamaq mümkündür. Azərbaycan və Türkiyənin getdikcə möhkəmlənən münasibətlərinə gəldikdə isə bunu həm dövlətlərin və şəxsən prezidentlərin qətiyyətli siyasi iradələri, həm də cəmiyyətlərimizin səmimi istəyi şərtəndirir. Hər iki ölkənin tarixi şəxsiyyətləri Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə bağlı artıq aforizmə çevrilən ifadələr işlədiblər. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev iki ölkə arasındakı münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsi ilə ifadə edib. Böyük Atatürk isə deyirdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.
Bu gün böyük şəxsiyyətlərin ruhu şaddır. Çünki onların istəkləri, arzuları yerinə yetirilir. Eyni zamanda, Azərbaycanın və Türkiyənin hazırkı liderləri də sarsılmaz dostluğumuza aid böyük məna yükü olan ifadələr işlədiblər. Bir-birinə səmimiyyətlə “əziz qardaşım” deyə xitab edən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildiriblər ki, onlar Türkiyədə və yaxud Azərbaycanda olarkən hər iki məkanda özlərini doğma evlərindəki kimi hiss edirlər. Dövlətimizin başçısı müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin fikirlərini davam etdirərək iki qardaş ölkə arasındakı münasibətləri “Bir yumruq” kimi səciyyələndirib. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəmizlə bağlı danışanda bir qayda olaraq “Can Azərbaycan” ifadəsini işlədir. “Bir yumruq” və “Can Azərbaycan” ifadələri hər iki dövlət başçısının qəlbinin dərinliklərindən gəlir və xalqlarımızın, cəmiyyətlərimizin münasibətləriini ifadə edir.
Tarixi şəxsiyyətlərin, bugünkü dövlət başçılarının Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı belə dərin məna yükünə malik olan fikirlər ifadə etmələri təsadüfi deyil. Azərbaycan və Türkiyənin yeni bağlarla möhkəmlənən qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərə əsaslanır. Yaranan gözəl ənənəni də xatırlatmaq yerinə düşər. Qardaş ölkələrdə keçirilən prezident seçkilərindən sonra xalqın etimadını qazanan liderlər ilk səfərlərini Türkiyəyə və yaxud Azərbaycana edirlər. Eyni zamanda, Türkiyədə və Azərbaycanda baş tutan ən mötəbər tədbirlərdə adətən İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə iştirak edirlər. Bu o anlama gəlir ki, hər iki ölkə bir-birinin uğurunu özününkü sanır və buna sevinir.
Çətin günlərin dostları
Həmçinin Azərbaycan və Türkiyə çətin günlərin dostlarıdırlar. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin əksər yüksəksəviyyəli rəsmiləri Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.
Eyni zamanda. Azərbaycanın da Türkiyəyə münasibətdə həmişə vəfa borcuna sadiq qaldığına aid çoxlu misallar sadalamaq mümkündür. İki il bundan əvvəl qardaş Türkiyədə baş verən faciəni də Azərbaycan öz kədəri kimi qəbul edib. Faciə xəbəri alınandan dərhal sonra - fevralın 6-da Prezident İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq bu ağır məqamda ölkəmizin hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Azərbaycanın nümunəvi həmrəyliyi
Baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında respublikamız nümunəvi həmrəylik göstərib. Azərbaycan yardıma birinci gələn və fəlakət bölgəsini son tərk edən ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərilib. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Dövlət xətti ilə texniki dəstək və humanitar yardımlar sonrakı günlərdə də ardıcıl şəkildə davam etdirlib. Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar yola salıb.
Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılması ölkəmizin Türkiyəyə qardaşlıq dəstəyinin daha bir nümunəsidir. Layihə 100 milyon dollarlıq tikinti işlərini əhatə edir. Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Məhəllədə 71 yaşayış binasını inşası layihələndirilib.
Qardaşlıq dəstəyi yüksək qiymətləndirilir
Azərbaycanın qardaşlıq dəstəyi Türkiyə dövləti və cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib. Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə telefon danışığında hərtərəfli dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. “Biz necə Qarabağ müharibəsində qardaşlarımızın yanında olduqsa, Türkiyədəki fəlakətdə də İlham qardaşım bütün komandası ilə bizim yanımızda yer aldı”, - deyə R.T.Ərdoğan vurğulayıb.
Azərbaycan Türkiyəyə köməyə ilk gələn və zəlzələ bölgəsini son tərk edən ölkədir. Eyni zamanda, faciənin ikinci ildönümü ilə əlaqədar Türkiyənin Adıyaman vilayətində təşkil olunan mərasimdə Azərbaycanın Ankaradakı səfiri Türkiyə Prezidenti tərəfindən mükafatlandırılanlar siyahısında birinci olub.
Türkiyə Prezidentinin “İlk xatirə plaketi qardaş Azərbaycana təqdim edilir! Xahiş edirəm qardaşım İlham Əliyevə ən xoş salamlarımı yetirin” sözləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Ərdoğan əlavə edib: “Şəxsən öz adımdan və bütün türk xalqı adından Ona xüsusi minnətdarlığımı bildirirəm”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Hadisə
18 Aprel 10:29

Siyasət
18 Aprel 10:28

Sosial
18 Aprel 10:26

İqtisadiyyat
18 Aprel 10:25

İdman
18 Aprel 10:25

İqtisadiyyat
18 Aprel 10:15

Hadisə
18 Aprel 10:09

Dünya
18 Aprel 10:05

Mədəniyyət
18 Aprel 09:58

Siyasət
18 Aprel 09:47

Siyasət
18 Aprel 09:34

Analitik
18 Aprel 09:27

Ədəbiyyat
18 Aprel 09:20

Analitik
18 Aprel 09:11

Analitik
18 Aprel 08:59

Mədəniyyət
18 Aprel 08:41

Analitik
18 Aprel 08:38

MEDİA
18 Aprel 08:15

YAP xəbərləri
17 Aprel 23:38

Dünya
17 Aprel 23:16

İdman
17 Aprel 22:54

YAP xəbərləri
17 Aprel 22:27

Dünya
17 Aprel 22:19

Siyasət
17 Aprel 21:57

Siyasət
17 Aprel 21:51

Hərbi
17 Aprel 21:37

YAP xəbərləri
17 Aprel 21:15

Hadisə
17 Aprel 20:48

İdman
17 Aprel 20:34

YAP xəbərləri
17 Aprel 20:11

Dünya
17 Aprel 19:53

YAP xəbərləri
17 Aprel 19:19

Siyasət
17 Aprel 19:13

YAP xəbərləri
17 Aprel 18:28

Siyasət
17 Aprel 18:14

YAP xəbərləri
17 Aprel 17:57

Dünya
17 Aprel 17:56

Siyasət
17 Aprel 17:54

YAP xəbərləri
17 Aprel 17:52

Elm
17 Aprel 17:35
YAP xəbərləri
17 Aprel 17:30

Hərbi
17 Aprel 17:12

Xəbər lenti
17 Aprel 17:10

Siyasət
17 Aprel 17:09

Elanlar
17 Aprel 17:08

Siyasət
17 Aprel 17:07

Sosial
17 Aprel 17:06

YAP xəbərləri
17 Aprel 16:56

Elm
17 Aprel 16:22

YAP xəbərləri
17 Aprel 16:15

İqtisadiyyat
17 Aprel 16:04

Siyasət
17 Aprel 15:34

YAP xəbərləri
17 Aprel 15:27

Siyasət
17 Aprel 15:21

Sosial
17 Aprel 15:16

Elanlar
17 Aprel 15:14

Ədəbiyyat
17 Aprel 15:03

YAP xəbərləri
17 Aprel 15:02

Dünya
17 Aprel 14:45

Elm
17 Aprel 14:36

Siyasət
17 Aprel 14:06

Gündəm
17 Aprel 13:57

Siyasət
17 Aprel 13:45

Gündəm
17 Aprel 13:41

Sosial
17 Aprel 12:45

Dünya
17 Aprel 12:23

Sosial
17 Aprel 12:17

Sosial
17 Aprel 11:52

İqtisadiyyat
17 Aprel 11:46

Hadisə
17 Aprel 11:40
