Aİ missiyası, yoxsa...
08.02.2025 [10:43]
Maqdalena Qro təkzib edir
Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni situasiyanın formalaşması sirr deyil. Ermənistan ilə Azərbaycan arasında son bir ildə gedən bəzi proseslər iki dövlətin vasitəçisiz təmaslar qurma imkanlarını nümayiş etdirdi. Ölkələrin delimitasiya üzrə müvafiq komissiyalarının sərhəddə görüşmələri, ardından isə 4 kəndin azad edilməsi ilə bağlı qərarın verilməsi prosesin uğurlu nəticəyə tərəf yol aldığını təsdiqləyən faktorlardan sayılır.
Amma deyəsən, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan bəzi dairələr “anti - sülh” mahiyyətli addımlarını davam etməkdə israrlıdırlar. Məsələn, heç bir siyasi-ictimai mahiyyət daşımayan, sadəcə olaraq regiona “nəzarət” üçün Ermənistana yerləşdirilən Aİ-nin “müşahidə missiyası”nın fəaliyyət müddətinin artırılması ilə bağlı qərar birmənalı qarşılana bilməz - o baxımdan ki, həmin missiyanın əsl “fəaliyyət mexanizmləri” hər kəsə bəllidir. Bu qrup monitorinq missiyası mahiyyətindən daha çox Ermənistanı sülhdən uzaqlaşdırmaq üçün təzyiq vasitəsi kimi istifadə olunur. Bu missiyanın “əsl siması” isə artıq hər kəsə bəllidir. Onların daha çox kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması sirr deyil. Aİ isə ciddi-cəhdlə bu kimi ittihamları üzərindən atmağa çalışır.
Qro casusluq fəaliyyətinin aparılmadığını deyir...
Məsələn, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qro erməni mətbuatına müsahibəsində bildirib ki, Aİ müşahidə missiyasını casusluq fəaliyyətində günahlandırmaq doğru deyil və bununla bağlı Azərbaycanda deyilənlər guya həqiqəti əks etdirmir: “Bakıda həmsöhbətlərim də Aİ-nin Ermənistandakı missiyası ilə bağlı Azərbaycanın mövqeyini səsləndirdilər. Biz həmişə hər hansı tənqidi və ya digər fikirləri diqqətlə dinləyirik və iddiaların nə ola biləcəyini və onların arxasında nələrin dayandığını anlamağa çalışırıq. Biz mümkün anlaşılmazlıqları aydınlaşdırmağa çalışırıq, lakin dezinformasiyanı təkzib etməkdə eyni dərəcədə ardıcılıq. Qavrayışlar baxımından mən görüşlər zamanı açıq şəkildə bildirdim ki, Aİ regionda yeni ayırıcı xətlər yaratmaq, “sıfır məbləğli oyunlara” girmək və ya “gizli gündəmi” təbliğ etmək niyyətində deyil. Aİ missiyası Ermənistan hakimiyyətinin suveren tələbi ilə yerləşdirilib. Aİ prosesin bütün mərhələlərində: yerləşdirmədən əvvəl, yerləşdirmə zamanı və sonra Azərbaycan hakimiyyətini məlumatlandırıb. Mən bütün həmsöhbətləri əmin etdim ki, biz öz rolumuza böyük məsuliyyətlə yanaşırıq. Buna görə də biz bir daha bildiririk ki, “casusluq fəaliyyəti” və ya “sabitliyi pozma məqsədləri” ilə bağlı bütün iddialar dezinformasiyadır”.
İki aylığına 40 nəfər yerləşdirilməli idi...
Aİ rəsmisinə xatırlatmaq yerinə düşər ki, ötən il boyun Ermənistanın əl atdığı intensiv silahlı təxribatlar onların hansı hesabatında yer alıb? Demək ki, M.Qronun fikirləri heç də bütövlükdə reallığı və həqiqəti əks etdirmir. Missiya ilə bağlı fikirlərində Prezident İlham Əliyev bildirmişdi ki, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq: “Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu”.
Göründüyü kimi, missiya sülh prosesinə yardım etməkdənsə, daha çox ziyan vurmaqla məşğuldur. Azərbaycanın haqlı tələbləri və iradları isə ədalətə, beynəlxalq hüquqa söykənir.
Ermənistanı sülhə yönəltsinlər...
Aİ rəsmisinin bu fikirlərini elə öz qurumunun qəbul etdiyi sənədlər də təkzib edir. Qurum yaradılan zaman KİV-də yayılan məlumatlarda da bu əks edilirdi - Aİ-nin rəsmi saytında yerləşdirilən 32023D0162 nömrəli sənədin, yəni Avropa İttifaqının Ermənistandakı missiyası haqqında 23 yanvar 2023-cü il tarixli 2023/162 nömrəli qərarın mətninə diqqətlə baxdıqda missiyanın mülki dən çox hərbi missiyaya bənzəməsinin şahidi oluruq. Məsələn: “Strateji məqsəd Ermənistanın münaqişə yaşanan və sərhəd ərazilərində insidentlərin sayının azalmasına kömək etmək, belə ərazilərdə yaşayan əhali üçün risk səviyyəsini azaltmaqdır”; “Təhlükəsizlik vəziyyəti haqqında ətraflı məlumat əldə eləmək”; “Mülki əməliyyat komandiri”; “Missiya rəhbərinə missiyanın təhlükəsizlik üzrə əməkdaşı kömək edəcək” və s.
Bu kimi faktlar bir daha onu göstərir ki, missiya heç də mülki təmayüllü deyil - eyni zamanda, Kanadanın da bu missiyada aktiv iştirakı qrupun Aİ-ni “təmsil” etməsi məsələsini də sual altına alır.
Eyni zamanda, artıq iki ölkə arasında aktiv delimitasiya və demarkasiya prosesi başlayıb. Belə bir məqamda beynəlxalq aləmin təmsilçiləri əgər səmimidirlərsə, Ermənistanı sülhə yönləndirməlidirlər. Hazırki mövqe ədalətsiz olduğu qədər, həm də birtərəflidir. Çünki Aİ missiyasının təmsilçisi olan dövlətlər həm də Ermənistanı aktiv şəkildə silahlandırmaqla məşğuldurlar...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
18 Aprel 10:15

Hadisə
18 Aprel 10:09

Dünya
18 Aprel 10:05

Mədəniyyət
18 Aprel 09:58

Siyasət
18 Aprel 09:47

Siyasət
18 Aprel 09:34

Analitik
18 Aprel 09:27

Ədəbiyyat
18 Aprel 09:20

Analitik
18 Aprel 09:11

Analitik
18 Aprel 08:59

Mədəniyyət
18 Aprel 08:41

Analitik
18 Aprel 08:38

MEDİA
18 Aprel 08:15

YAP xəbərləri
17 Aprel 23:38

Dünya
17 Aprel 23:16

İdman
17 Aprel 22:54

YAP xəbərləri
17 Aprel 22:27

Dünya
17 Aprel 22:19

Siyasət
17 Aprel 21:57

Siyasət
17 Aprel 21:51

Hərbi
17 Aprel 21:37

YAP xəbərləri
17 Aprel 21:15

Hadisə
17 Aprel 20:48

İdman
17 Aprel 20:34

YAP xəbərləri
17 Aprel 20:11

Dünya
17 Aprel 19:53

YAP xəbərləri
17 Aprel 19:19

Siyasət
17 Aprel 19:13

YAP xəbərləri
17 Aprel 18:28

Siyasət
17 Aprel 18:14

YAP xəbərləri
17 Aprel 17:57

Dünya
17 Aprel 17:56

Siyasət
17 Aprel 17:54

YAP xəbərləri
17 Aprel 17:52

Elm
17 Aprel 17:35
YAP xəbərləri
17 Aprel 17:30

Hərbi
17 Aprel 17:12

Xəbər lenti
17 Aprel 17:10

Siyasət
17 Aprel 17:09

Elanlar
17 Aprel 17:08

Siyasət
17 Aprel 17:07

Sosial
17 Aprel 17:06

YAP xəbərləri
17 Aprel 16:56

Elm
17 Aprel 16:22

YAP xəbərləri
17 Aprel 16:15

İqtisadiyyat
17 Aprel 16:04

Siyasət
17 Aprel 15:34

YAP xəbərləri
17 Aprel 15:27

Siyasət
17 Aprel 15:21

Sosial
17 Aprel 15:16

Elanlar
17 Aprel 15:14

Ədəbiyyat
17 Aprel 15:03

YAP xəbərləri
17 Aprel 15:02

Dünya
17 Aprel 14:45

Elm
17 Aprel 14:36

Siyasət
17 Aprel 14:06

Gündəm
17 Aprel 13:57

Siyasət
17 Aprel 13:45

Gündəm
17 Aprel 13:41

Sosial
17 Aprel 12:45

Dünya
17 Aprel 12:23

Sosial
17 Aprel 12:17

Sosial
17 Aprel 11:52

İqtisadiyyat
17 Aprel 11:46

Hadisə
17 Aprel 11:40

İqtisadiyyat
17 Aprel 11:16

Hadisə
17 Aprel 11:14

Sosial
17 Aprel 11:03

Siyasət
17 Aprel 10:59

Siyasət
17 Aprel 10:52
