“Psixotrop maddə” yalanı ifşa olunur
08.02.2025 [09:59]
Məğlub Ermənistanın hazırkı rəhbərliyində təmsil olunanlar müharibə cinayətlərinə görə məsuliyyətlərini ört-basdır etmək üçün müxtəlif manipulyasiyalara əl atır və cəfəng iddialar səsləndirməklə iz azdırmağa çalışırlar. Belə iddialardan birini N.Paşinyan bu günlərdə ölkəsinin ictimai televiziyasına verdiyi müsahibəsində dilə gətirib. O, Bakıda saxlanılan separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunduğunu bildirib. Təbii ki, baş nazir bu absurd iddianı ictimai müzakirəyə təqdim edərkən hansısa bir dəlil-sübut göstərməyib.
Arayik Harutyunyan və Davit Babayandan gecikməyən təkzib
Azərbaycan hüquqi dövlətdir və qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərinin məsuliyyətini yaxşı başa düşür. O cümlədən 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra saxlanılaraq Bakıya gətirilən və artıq məhkəmələri başlayan separatçı rejimin nümayəndələrinə münasibətdə müvafiq qurumlarımız tərəfindən beynəlxalq hüquq normaları çərçivəsində və milli qanunvericiliyimizə uyğun qaydada davranışlar sərgilənir. Onların layiq olduğu cəza isə məhkəmədə müəyyənləşəcək. Burada hansısa bir digər, qanundankənar yanaşma istisna olunur. Qeyd edək ki, N.Paşinyanın məlum açıqlamasına cavab özünü çox gözlətmədi. N.Paşinyanın absurd iddiaları təqsirləndirilən şəxslər tərəfindən də təkzib olunub. Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb. O, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin cinayəti işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında deyib. “Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri (Paşinyan-red.) bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var. Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni qaydada təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar”, - deyə Arayik Harutyunyan vurğulayıb.
Erməniəsilli şəxslərin cinayət işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da keçirilən baxış iclasında həmçinin Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Ermənistan vətəndaşı Davit Babayan da oxşar məzmunlu fikirlər ifadə edib. Təqsirləndirilən şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə heç bir təzyiq göstərilmədiyini deyib. Sitat: “Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır”.
Əlavə şərhə ehtiyac yoxdur. N.Paşinyanın yalanları Bakıda növbəti dəfə ifşa olundu. Bu dəfə artıq N.Paşinyanın çək-çevir etməyə bəhanəsi yoxdur - onun dediklərinə təkzib zamanında dəstək verdiyi separatçı rejimin təmsilçilərindən gəlib.
Paşinyanın uydurmaları nəyə hesablanıb?
Məntiqi sual yaranır: Bəs N.Paşinyanın uydurmaları nəyə hesablanıb? Bəhs olunan şəxslərin həbsindən xeyli müddət keçib. N.Paşinyan isə onların barəsində az danışmağa və yaxud heç danışmamağa üstünlük verirdi. Baş nazirin sükutunu pozan isə Arayik Harutyunyanın 44 günlük müharibə günlərində Gəncənin raket atəşinə tutulması barədə bəyanat səsləndirməsi oldu. O bildirdi ki, zamanında Gəncənin raketlə vurulması əmrini verməyib və belə bir səlahiyyəti olmayıb.
Bəli, N.Paşinyanın dilinin qıfılı da məhz A.Harutyunyanın bu bəyanatından sonra açıldı. Bunun səbəblərini isə Ermənistanın indiki rəhbərliyinin keçmişində axtarmaq lazımdır. Bu gün özünü dünyaya demokrat, sülh tərəfdarı kimi təqdim edən N.Paşinyanın İkinci Qarabağ müharibəsinədək olan dönəmdə sərgilədiyi əməllər unudulmayıb və unudulmayacaq. Bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” deyən bu şəxsdir. Baş nazirin ölkəmizin ərazilərində saxladığı qondarma rejimi təbliğ etdiyini və 2 sentyabr 2023-cü il tarixində, nümayəndələrinin Azərbaycan tərəfindən məsuliyyətə cəlb edilməsindən bir neçə həftə əvvəl, separatçı xunta rejimini qondarma “müstəqillik” münasibətilə təbrik etdiyini heç kim unutmayıb. Bəli, Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı müharibə cinayətləri törədilib, Gəncə və digər şəhərlərimiz qadağan olunmuş silahlarla vurulub. Bütün bu cinayətlərin əmrinin Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən verildiyi istisna olunmur. Məhkəmədə çox faktlar üzə çıxacaq. Artıq A. Harutunyan Gəncənin raket atəşinə tutulması ilə bağlı ipucu verib. N.Paşinyanın və onun komandasında yer alan digərlərinin də təlaşı məhz bu sarıdandır. Arayik Harutyunyanın son açıqlamasına istinadən, Gəncəyə raket atılması əmrinin Ermənistan rəhbərliyindən gəldiyi qənaətini ifadə edə bilərik. Görünür, Bakıda keçirilən məhkəmə fonunda İrəvanın siyasi elitasında çaxnaşma yaranması da elə bununla bağlıdır. Ermənistan rəhbərliyi məhkəmədə konkret adların çəkiləcəyindən bərk narahatdır və buna görə də “psixotrop maddə” versiyasını gündəmə gətirib. Çünki adlar çəkiləcəyi təqdirdə, əmri verən şəxsin məsuliyyəti yaranacaq. N.Paşinyan və onun komandasının üzvlərinin “psixotrop maddə” manipulyasiyalarıyla məsuliyyətdən kənara çəkilmələri isə əsla mümkün olmayacaq.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
İdman
18 Aprel 10:31

Hadisə
18 Aprel 10:29

Gündəm
18 Aprel 10:28

Sosial
18 Aprel 10:26

İqtisadiyyat
18 Aprel 10:25

İdman
18 Aprel 10:25

İqtisadiyyat
18 Aprel 10:15

Hadisə
18 Aprel 10:09

Dünya
18 Aprel 10:05

Mədəniyyət
18 Aprel 09:58

Siyasət
18 Aprel 09:47

Siyasət
18 Aprel 09:34

Analitik
18 Aprel 09:27

Ədəbiyyat
18 Aprel 09:20

Analitik
18 Aprel 09:11

Analitik
18 Aprel 08:59

Mədəniyyət
18 Aprel 08:41

Analitik
18 Aprel 08:38

MEDİA
18 Aprel 08:15

YAP xəbərləri
17 Aprel 23:38

Dünya
17 Aprel 23:16

İdman
17 Aprel 22:54

YAP xəbərləri
17 Aprel 22:27

Dünya
17 Aprel 22:19

Siyasət
17 Aprel 21:57

Siyasət
17 Aprel 21:51

Hərbi
17 Aprel 21:37

YAP xəbərləri
17 Aprel 21:15

Hadisə
17 Aprel 20:48

İdman
17 Aprel 20:34

YAP xəbərləri
17 Aprel 20:11

Dünya
17 Aprel 19:53

YAP xəbərləri
17 Aprel 19:19

Siyasət
17 Aprel 19:13

YAP xəbərləri
17 Aprel 18:28

Siyasət
17 Aprel 18:14

YAP xəbərləri
17 Aprel 17:57

Dünya
17 Aprel 17:56

Siyasət
17 Aprel 17:54

YAP xəbərləri
17 Aprel 17:52

Elm
17 Aprel 17:35
YAP xəbərləri
17 Aprel 17:30

Hərbi
17 Aprel 17:12

Xəbər lenti
17 Aprel 17:10

Siyasət
17 Aprel 17:09

Elanlar
17 Aprel 17:08

Siyasət
17 Aprel 17:07

Sosial
17 Aprel 17:06

YAP xəbərləri
17 Aprel 16:56

Elm
17 Aprel 16:22

YAP xəbərləri
17 Aprel 16:15

İqtisadiyyat
17 Aprel 16:04

Siyasət
17 Aprel 15:34

YAP xəbərləri
17 Aprel 15:27

Siyasət
17 Aprel 15:21

Sosial
17 Aprel 15:16

Elanlar
17 Aprel 15:14

Ədəbiyyat
17 Aprel 15:03

YAP xəbərləri
17 Aprel 15:02

Dünya
17 Aprel 14:45

Elm
17 Aprel 14:36

Siyasət
17 Aprel 14:06

Gündəm
17 Aprel 13:57

Siyasət
17 Aprel 13:45

Gündəm
17 Aprel 13:41

Sosial
17 Aprel 12:45

Dünya
17 Aprel 12:23

Sosial
17 Aprel 12:17

Sosial
17 Aprel 11:52

İqtisadiyyat
17 Aprel 11:46
