Ermənistan məlumatları gizlətsə də...
07.02.2025 [10:21]
İtkin düşmüş şəxslərin taleyi Azərbaycanın gündəliyində mühüm yer tutur
Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil.
Birinci Qarabağ müharibəsində itkin hesab edilən daha üç şəhid...
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində 3890 vətəndaşımız Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 44 günlük Vətən müharibəsində isə 6 vətəndaşımız itkin düşüb. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqlar aşkar olunub. Həmin məzarlıqlarda basdırılmış insanlar Birinci Qarabağ müharibəsində itkin düşənlərdir. Onların bəzilərinin kimliyi müəyyənləşdirilərək ailələrinə təhvil verilib və dəfn olunublar. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır.
Bu günlərdə Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha üç nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar bu gün - fevralın 7-də dəfn olunacaqlar. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Məmmədov Tərlan Fikrət oğlu Yevlax şəhəri Şəhidlər xiyabanında, Quliyev Müşfiq İbrahim oğlu Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında, Tağıyev Elşən Qubad oğlu isə Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq. Dəfn olunan şəhidlərin üçü də hərbçidir.
Xalqımıza qarşı cinayətlər cəzasız qalmır
İnsanlığa qarşı törədilən bu cinayətlər cəzasız qalmamalıdır və qalmır. 44 günlük Vətən müharibəsində xalqımıza qarşı cinayətlər törətmiş ermənilərin bir qismi öz cəzalarını aldılar. Eləcə də 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilmiş antiterror tədbirləri zamanı separatçılar diz çökdürüldü, onların başçıları həbs olunaraq Bakıya gətirildilər. Bu canilər törətdikləri cinayətlərə görə cavab verəcəklər. Lakin minlərlə azərbaycanlının taleyi haqqında hələ də məlumat yoxdur. Ermənistan tərəfi bu məlumatları verməlidir. Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səviyyədə təzyiq göstərilməlidir. Çünki itkin düşmüş azərbaycanlıların taleyi haqqında məlumat vermək rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər sırasındadır. Bununla belə, itkin düşmüş həmvətənlərimizin taleyi ilə bağlı dövlətimiz bütün imkanlardan istifadə edir.
Ombudsman: Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir
Məsələ ilə bağlı Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, Azərbaycan tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyun qaçırır. Ombudsman diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində bu günədək 170-ə yaxın azərbaycanlının şəxsiyyəti müəyyən edilib. Bu proses hələ də davam etməkdədir. “Hesab edirik ki, Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, soydaşlarımızın taleyi barədə məlumatları gizlətməməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir”, - deyə Səbinə Əliyeva vurğulayıb.
Ümumiyyətlə, itkin düşmüş şəxslərin taleyi Azərbaycanın gündəliyində mühüm yer tutur. Xarici İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildən etibarən ölkəmiz bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil edir. 2024-cü il oktyabrın 2-3-də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsi rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Dünya
24 Aprel 23:47

Dünya
24 Aprel 23:32

YAP xəbərləri
24 Aprel 23:16

Elm
24 Aprel 22:51

YAP xəbərləri
24 Aprel 22:36

Hadisə
24 Aprel 22:16

YAP xəbərləri
24 Aprel 22:00

Dünya
24 Aprel 21:49

İdman
24 Aprel 21:38

YAP xəbərləri
24 Aprel 21:14

Dünya
24 Aprel 21:07

Dünya
24 Aprel 20:56

YAP xəbərləri
24 Aprel 20:41

Siyasət
24 Aprel 20:35

YAP xəbərləri
24 Aprel 20:19

Dünya
24 Aprel 20:06

Sosial
24 Aprel 19:58

YAP xəbərləri
24 Aprel 19:44

Analitik
24 Aprel 19:30

Dünya
24 Aprel 19:27

YAP xəbərləri
24 Aprel 19:14

Dünya
24 Aprel 19:06
YAP xəbərləri
24 Aprel 18:43

Yeni texnologiyalar
24 Aprel 18:33

YAP xəbərləri
24 Aprel 18:20

YAP xəbərləri
24 Aprel 18:18

Dünya
24 Aprel 18:11
YAP xəbərləri
24 Aprel 17:51

Elm
24 Aprel 17:48

Sosial
24 Aprel 17:46

YAP xəbərləri
24 Aprel 17:45

YAP xəbərləri
24 Aprel 17:10

YAP xəbərləri
24 Aprel 17:05

Gündəm
24 Aprel 16:59

YAP xəbərləri
24 Aprel 16:57

YAP xəbərləri
24 Aprel 16:32

YAP xəbərləri
24 Aprel 16:30

Elanlar
24 Aprel 16:28

Sosial
24 Aprel 16:18

Sosial
24 Aprel 16:12

YAP xəbərləri
24 Aprel 16:10

YAP xəbərləri
24 Aprel 15:46

YAP xəbərləri
24 Aprel 15:33

Hadisə
24 Aprel 15:26
YAP xəbərləri
24 Aprel 14:38

YAP xəbərləri
24 Aprel 14:37

YAP xəbərləri
24 Aprel 14:22

YAP xəbərləri
24 Aprel 14:16

YAP xəbərləri
24 Aprel 13:57

YAP xəbərləri
24 Aprel 13:44

YAP xəbərləri
24 Aprel 12:53

Elm
24 Aprel 12:40

YAP xəbərləri
24 Aprel 12:21

YAP xəbərləri
24 Aprel 12:20

YAP xəbərləri
24 Aprel 12:15

Gündəm
24 Aprel 11:42

Hadisə
24 Aprel 11:38

Dünya
24 Aprel 10:56

Siyasət
24 Aprel 10:55

İqtisadiyyat
24 Aprel 10:54

İqtisadiyyat
24 Aprel 10:51

YAP xəbərləri
24 Aprel 10:17

İdman
24 Aprel 10:08

Dünya
24 Aprel 10:07

Gündəm
24 Aprel 10:03
.jpg&width=120)
Siyasət
24 Aprel 09:57

İqtisadiyyat
24 Aprel 09:43

İqtisadiyyat
24 Aprel 09:35

Siyasət
24 Aprel 09:24

Ədəbiyyat
24 Aprel 09:11
