Hamı inanır ki, Tağıyevin adına layiq müəssisə yenidən işləyəcək
07.02.2025 [08:57]
Xeyli vaxt idi ki, ora getməyi planlaşdırırdım. Hər dəfə hansısa bir bəhanə ilə bu qərarımı gerçələşdirə bilmirdim. Evimiz kombinata yaxındır deyə, yolum bu hündür, qırmızı divarların qarşısından tez-tez düşür.
Söhbət illər öncə minlərlə işçisi olan, hazırda isə fəaliyyətini dayandırmış Qafqazın ilk parça toxuculuq fabriki olan Hacı Zeynalabdin Tağıyev adına tikiş kombinatından gedir. O kombinat ki, vaxtilə burada 6000-ə yaxın işçi çalışıb və 140-150 milyon metr parça istehsal edilib.
Nəhayət, bu naxışlı darvazlardan içəri addım ata bildim. Həyətdə xeyli qurumuş ağac var idi. Öyrəndik ki, bu ağacların çoxusu Kombinatla yaşıddır. Bu qocaman çinarlar müəssisənin tarixinə şahidlik edən ən zəngin sübutlardır. Uzaqdan binanın hansısa otaqlarından birində mişar, dəzgah səsləri eşidilirdi. Fabrikin həyətində arada tək-tük cavan oğlanlar görsənirdi, çox güman ki, onlar sexlərdə çalışanlar idi.
Qapıdan içəri keçdikdə bəstəboy bir kişi bizə yaxınlaşdı. Bizi qarşılayan müəssənin direktor müavini Qasım Qasımov idi. Qasım müəllimin sözlərinə görə, son illər bura çox gəlib-gedən olur, ancaq içəri keçməyə icazə verməyiblər. Söhbət əsnasında içəri bir nəfər daxil olur. Zahiri görünüşünə görə, Orta Asiyalılara bənzəyən bu hündürboy şəxsin müəssisənin direktoru Rafael Tağıyev olduğunu öyrənirik.
Direktorun qəbul otağına daxil oluruq. Rafael müəllim deyir ki, bu qocaman müəssisənin çox şərəfli və respublika iqtisadiyyatı üçün əhəmiyyətli tarixi vardır. Müəssisə yaranmamışdan əvvəl ölkəmizdə çox ciddi ipək problemi var idi, müsəlmanlar kəfən üçün bezi belə Rusiyadan alırdılar. O dövrdə bu vəziyyət Azərbaycanlı iş adamlarını, xüsusilə də Hacı Zeynalabdin Tağıyevi bərk narahat edirdi. Ona görə də Bakıda toxuculuq fabriki tikmək qərarına gəlir. Həmin dövrdə Azərbaycanda pambıq olmasına baxmayaraq, kətan məhsulları istehsal edən fabrik yox idi. Müəssisənin inşası üçün xarici memarlara müraciət olunur. Kombinatın binası memar polyak İ.Qoslavskinin layihəsi əsasında 1896-1899-cu illər ərzində tikilərək 1900-cü ildə istifadəyə verilib. Kombinatın damı elə hazırlanmışdı ki, hava açılanda fabrikin içi işıqlanır və əlavə işığa ehtiyac olmurdu. Yeri gəlmişkən, kombinat o dövrdə fəaliyyət kanalizasiya sistemi qurulan yeganə müəssisə olub.
Müəssisənin direktorunun sözlərinə görə, fabrikin ərazisində işçilər üçün hər cür şərait yaradıldı: Mənzillər, klinika, fəhlə uşaqları üçün məktəb, uşaq bağçası inşa edilmiş, böyüklər üçün axşam kursları təşkil olunmuşdu.
Uzun illər respublikanın yüngül sənayesinə töhfələr verən bu müəssisə sovet ittifaqı dağılandan sonra çətinliklərlə üzləşdi, ancaq yenə də fəaliyyətini qoruyub saxlaya bildi.
Müstəqilliyini yenicə bərpa etmiş ölkəmizin ağır siyasi-ictimai dövrlərində, Birinci Qarabağ müharibəsinindavam etdiyi iqtisadi sarsıntılı günlərdə belə müəssisə öz istehsal gücünü tam qoruyub saxlamışdı, 6 min nəfər işçi 3 növbəli rejimdə yorulmadan çalışaraq bazarın tələbatını ödəməyə çalışırdı. İşçilərin sosial vəziyyəti də pis deyildi, yüksək əməkhaqqı alınan müəssislərdən biri idi bura.
R.Tağıyev söhbət əsnasında kombinatın adını daşıdığı böyük xeyriyyəçi Tağıyev barədə maraqlı bir hadisəyə də diqqət çəkir: “Günlərin birində fəhlələrdən birinin cibindən bir qəpik düşür və pulu götürmədən gedir. H. Zeynalabdin Tağıyev onu çağırıb qəpiyi götürməməyinin səbəbini soruşur. İşçi cavabında deyir ki, sizin verdiyiniz yüksək maaşın müqabilində mənim o bir qəpiyə ehtiyacım yoxdur. Tağıyev qəpiyi götürüb otağına gəlir, köməkçisinə tapşırır ki, bütün işçilərin maaşından 1 qəpik kəsilsin. O, işçilərdən tutduğu 1 qəpiyin hesabına böyük bir məktəb tikdirir, sonra həmin işçini çağırıb deyir: “Bir qəpiyin qədrini bilməyən insan heç vaxt pulun qədrini bilməz”.
R. Tağıyev deyir ki, kombinat çətin günlərini yaşayanda ərazidə başqa müəssisələr tikmək istədilər, ancaq onlar da yarımçıq qaldı. Bu ərrazidə müxtəlif obyekt və müəssisə tikmək istəsələr də, mümkün olmadı.
H.Z.Tağıyev adına kombinat hazırda dövlət mülkiyyətində olan müəssisə kimi qalmaqdadır. İstehsal fəaliyyətini dayandırsa da, kombinatda hazırda kiçik bir sex fəaliyyət göstərir ki, bu da ehtiyacı olanlara müəyyən kömək edir.
Hər kəs vaxtilə minlərlə işçisi olan bu nəhəng fabrikin qapılarının öz işçilərinin üzünə yenidən açılacağı günü gözləyir. Hamı inanır ki, burada Hacı Zeynalabdin Tağıyevin adına layiq yeni müəssisə yaradılacaq.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına bax
Sosial
18 Aprel 10:26

İqtisadiyyat
18 Aprel 10:25

İdman
18 Aprel 10:25

İqtisadiyyat
18 Aprel 10:15

Hadisə
18 Aprel 10:09

Dünya
18 Aprel 10:05

Mədəniyyət
18 Aprel 09:58

Siyasət
18 Aprel 09:47

Siyasət
18 Aprel 09:34

Analitik
18 Aprel 09:27

Ədəbiyyat
18 Aprel 09:20

Analitik
18 Aprel 09:11

Analitik
18 Aprel 08:59

Mədəniyyət
18 Aprel 08:41

Analitik
18 Aprel 08:38

MEDİA
18 Aprel 08:15

YAP xəbərləri
17 Aprel 23:38

Dünya
17 Aprel 23:16

İdman
17 Aprel 22:54

YAP xəbərləri
17 Aprel 22:27

Dünya
17 Aprel 22:19

Siyasət
17 Aprel 21:57

Siyasət
17 Aprel 21:51

Hərbi
17 Aprel 21:37

YAP xəbərləri
17 Aprel 21:15

Hadisə
17 Aprel 20:48

İdman
17 Aprel 20:34

YAP xəbərləri
17 Aprel 20:11

Dünya
17 Aprel 19:53

YAP xəbərləri
17 Aprel 19:19

Siyasət
17 Aprel 19:13

YAP xəbərləri
17 Aprel 18:28

Siyasət
17 Aprel 18:14

YAP xəbərləri
17 Aprel 17:57

Dünya
17 Aprel 17:56

Siyasət
17 Aprel 17:54

YAP xəbərləri
17 Aprel 17:52

Elm
17 Aprel 17:35
YAP xəbərləri
17 Aprel 17:30

Hərbi
17 Aprel 17:12

Xəbər lenti
17 Aprel 17:10

Siyasət
17 Aprel 17:09

Elanlar
17 Aprel 17:08

Siyasət
17 Aprel 17:07

Sosial
17 Aprel 17:06

YAP xəbərləri
17 Aprel 16:56

Elm
17 Aprel 16:22

YAP xəbərləri
17 Aprel 16:15

İqtisadiyyat
17 Aprel 16:04

Siyasət
17 Aprel 15:34

YAP xəbərləri
17 Aprel 15:27

Siyasət
17 Aprel 15:21

Sosial
17 Aprel 15:16

Elanlar
17 Aprel 15:14

Ədəbiyyat
17 Aprel 15:03

YAP xəbərləri
17 Aprel 15:02

Dünya
17 Aprel 14:45

Elm
17 Aprel 14:36

Siyasət
17 Aprel 14:06

Gündəm
17 Aprel 13:57

Siyasət
17 Aprel 13:45

Gündəm
17 Aprel 13:41

Sosial
17 Aprel 12:45

Dünya
17 Aprel 12:23

Sosial
17 Aprel 12:17

Sosial
17 Aprel 11:52

İqtisadiyyat
17 Aprel 11:46

Hadisə
17 Aprel 11:40

İqtisadiyyat
17 Aprel 11:16

Hadisə
17 Aprel 11:14
