20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiyməti ümummilli lider Heydər Əliyev verib
20.01.2025 [18:10]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycan xalqımızın ən ağır günlərindən biri olan 20 Yanvar faciəsindən 25 il ötür. Həmin gün xalqımızın azadlıq mübarizəsinə qalxdığı gündür.
Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Qanlı Yanvar qırğını rus şovinistlərinin ermənilərlə ilə birgə apardıqları antiAzərbaycan siyasətinin, tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.
20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Yanvarın 21-də – faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi.
1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi.
Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirdi. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olundu. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin üzərinə düşdüyü və onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olundu.
20 Yanvar faciəsini törədənlər bu günədək hüquqi müstəvidə layiq olduqları cəzanı almamış olsalar da, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verəcəklər.
Bu gün müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin ruhu şaddır. 2020-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda həyata keçirdiyi hərbi əməliyyatlar zəfərlə nəticələndi. Antiterror əməliyyatları ilə suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edilmişdir. Azərbaycan xalqı bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxİdman
10 Dekabr 23:56
Sosial
10 Dekabr 23:42
YAP xəbərləri
10 Dekabr 23:19
YAP xəbərləri
10 Dekabr 22:47
Xəbər lenti
10 Dekabr 22:44
Dünya
10 Dekabr 22:28
Sosial
10 Dekabr 22:10
Hadisə
10 Dekabr 21:53
Sosial
10 Dekabr 21:38
YAP xəbərləri
10 Dekabr 21:16
Dünya
10 Dekabr 20:49
YAP xəbərləri
10 Dekabr 20:35
İqtisadiyyat
10 Dekabr 20:17
Dünya
10 Dekabr 19:56
İqtisadiyyat
10 Dekabr 19:38
YAP xəbərləri
10 Dekabr 19:13
İqtisadiyyat
10 Dekabr 19:05
Gündəm
10 Dekabr 19:03
Elm
10 Dekabr 19:02
Elm
10 Dekabr 19:01
Elm
10 Dekabr 19:00
Gündəm
10 Dekabr 18:55
YAP xəbərləri
10 Dekabr 18:41
YAP xəbərləri
10 Dekabr 17:30
YAP xəbərləri
10 Dekabr 16:28
Siyasət
10 Dekabr 16:07
YAP xəbərləri
10 Dekabr 16:05
YAP xəbərləri
10 Dekabr 16:04
İqtisadiyyat
10 Dekabr 16:02
Sosial
10 Dekabr 15:59
YAP xəbərləri
10 Dekabr 15:40
İqtisadiyyat
10 Dekabr 15:21
YAP xəbərləri
10 Dekabr 15:03
YAP xəbərləri
10 Dekabr 15:00
YAP xəbərləri
10 Dekabr 14:49
YAP xəbərləri
10 Dekabr 14:47
Hadisə
10 Dekabr 14:42
Dünya
10 Dekabr 14:19
Hadisə
10 Dekabr 14:15
Sosial
10 Dekabr 13:56
Dünya
10 Dekabr 13:42
Dünya
10 Dekabr 13:20
Dünya
10 Dekabr 12:59
Xəbər lenti
10 Dekabr 12:53
Gündəm
10 Dekabr 12:52
İqtisadiyyat
10 Dekabr 12:41
İqtisadiyyat
10 Dekabr 12:40
Hadisə
10 Dekabr 12:37
Sosial
10 Dekabr 12:35
Dünya
10 Dekabr 12:28
YAP xəbərləri
10 Dekabr 12:20
YAP xəbərləri
10 Dekabr 12:17
Gündəm
10 Dekabr 11:53
Siyasət
10 Dekabr 11:42
İqtisadiyyat
10 Dekabr 11:39
Gündəm
10 Dekabr 11:21
YAP xəbərləri
10 Dekabr 11:16
Elm
10 Dekabr 11:15
Elm
10 Dekabr 10:58
Hadisə
10 Dekabr 10:48
Gündəm
10 Dekabr 10:16
İqtisadiyyat
10 Dekabr 09:43
Ədəbiyyat
10 Dekabr 09:30
Analitik
10 Dekabr 09:17
Sosial
10 Dekabr 08:51
MEDİA
10 Dekabr 08:23
Sosial
10 Dekabr 03:56
Dünya
09 Dekabr 23:19
Dünya
09 Dekabr 22:56
İqtisadiyyat
09 Dekabr 22:20

