Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şahbuz rayonu ərazisində hərbi sursatlar aşkar olunub

Şahbuz rayonu ərazisində hərbi sursatlar aşkar olunub

08.12.2024 [17:54]

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F1 əl qumbarası və onun partladıcı hissəsi, 11 ədəd TOZ-8 markalı tüfəngin mərmisi, 10 ədəd AK-74 markalı avtomat silahının darağı, 2 ədəd işarə fişəngi, 1 ədəd elektrodetonator, PDM markalı zirehli döyüş maşınına məxsus 1 ədəd optik görmə cihazı, 744 ədəd 7.62 millimetrlik və 313 ədəd 5.45 millimetrlik avtomat mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Siyasət

Analitik

Ədəbiyyat

Ədəbiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28