Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İlin əvvəlindən Almaniya 16,5 milyard kilovat-saat nüvə enerjisi idxal edib

İlin əvvəlindən Almaniya 16,5 milyard kilovat-saat nüvə enerjisi idxal edib

07.12.2024 [21:23]

Almaniyanın bu il idxal etdiyi 40 milyard kilovat-saatlıq elektrik enerjisinin 16,5 milyard kilovat-saatı nüvə enerjisinin payına düşür. Bu, rekord göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzetində yayımlanan xəbərdə qeyd olunub.

Xəbərdə bildirilib ki, hələ 2022-ci ildə fəaliyyətdə olan üç atom elektrik stansiyası təxminən 32 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Bu, o deməkdir ki, Almaniya 2022-ci ildə istehsal etdiyi nüvə enerjisinin yarısını bu il xaricdən idxal edib. “Nüvə Enerjisi Hesabatı”na əsasən, 2024-cü ildə Almaniyanın ümumi elektrik enerjisi idxalı ötən illə müqayisədə üç dəfə artıb. İdxal olunan elektrik enerjisinin yarısı elektrik enerjisi istehsalında nüvə enerjisinin üstünlük təşkil etdiyi Fransa, İsveçrə və Belçikadan təmin olunur.

Almaniya atom enerjisindən imtina etdikdən sonra enerji ixracatçısından idxalatçıya çevrilib. 2022-ci ilin dekabrından 2023-cü ilin noyabrınadək Fransaya 1,79 milyard kilovat-saat elektrik enerjisi ixrac edən Almaniya ötən ilin dekabrından 2024-cü ilin noyabrınadək bu ölkədən 13,19 milyard kilovat-saat elektrik enerjisi idxal edib.

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Siyasət

Dünya

Ədəbiyyat

Müsahibə

“ULDUZ”UN İŞIĞI

15 Fevral 09:34

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Fevral 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28