“Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale”
07.12.2024 [10:07]
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr edilmiş beynəlxalq konfrans keçirilib. “Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, parlament üzvləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.
Konfransın açılışında çıxış edən Sen Martin parlamentinin üzvü Franklin Meyers bildirib ki, istər Fransanın, istərsə də Niderlandın müstəmləkəçiliyindən qurtularaq müstəqil olmaq xalqlarımızın ən müstəsna hüququdur. O, məhz bu hüququn dünya miqyasında tanınması üçün Bakıda olduqlarını qeyd edib. “Hesab edirik ki, analoji konfransların təşkili əsas ideyamız olan müstəqilliyə doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır”, - deyən Sen Martin parlamentinin üzvü bu istiqamətdə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov təşkilatın fəaliyyəti ilə bağlı geniş təqdimat edib. O, qrupun əsas missiyası və məqsədləri barədə danışaraq, həyata keçirilmiş layihələri və əldə edilən uğurları konfrans iştirakçılarının diqqətinə çatdıraraq vurğulayıb: “İndiyədək Bakı Təşəbbüs Qrupu kolonializmə aid 22 tədbir keçirib, 3 memorandum imzalanıb. Həmçinin müxtəlif beynəlxalq platformalarda çıxış edib”.
Abbas Abbasov, həmçinin Bakı Təşəbbüs Qrupunun beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini genişləndirmək istiqamətində gördüyü işləri də diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu Fransa və Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən xalqların ağır sosial-iqtisadi şəraitdə yaşadığı ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara vaxtaşırı məlumatlar göndərir: “Biz indiyədək Yeni Kaledoniya və Martinik adalarının müstəmləkə şəraitində yaşayan xalqlarının azadlıq mübarizəsinə dəstək üçün həm yerli, həm də beynəlxalq platformalarda bir sıra tədbirlər həyata keçirmişik. Biz müstəmləkəçiliyə yalnız beynəlxalq hüququn normaları çərçivəsində mübarizə aparmaqla son qoyulmasının tərəfdarıyıq”.
Çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, kolonializmin Sen Martin adasındakı təsirləri kimlik itkisindən və assimilyasiyadan çox uzağa gedib. O bildirib ki, adanın xalqı Fransa və Niderland arasında bağlanmış müqavilənin nəticələrindən hələ də əziyyət çəkir. Bu insanlar qeyri-insani ədalətsizliyə məruz qalıblar ki, bu da insanlıq adına bir utancdır. “Sen Martinin xalqı birdir, baxmayaraq ki, kolonializm onları iki yerə bölüb. Amma onlar oxşar talelərlə üzləşirlər. Hər iki hissədəki yerli xalqın ortaq problemlərin öhdəsindən gəlmək qabiliyyəti qəsdən zəiflədilib. Kolonial hakimiyyətlər Sen Martinin resurslarını guya adanın inkişafına kömək məqsədilə öz xeyirlərinə istifadə edirlər. Lakin aydın görünür ki, dərin iqtisadi monopolizm və tənəzzül Sen Martin xalqına zərər verməyə davam edir”, - deyə deputat diqqətə çatdırıb.
Sonra “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell “Sen Martində ikili müstəmləkəçilik irsi” mövzusunda təqdimatla çıxış edib. O, irsin sosial, mədəni və iqtisadi təsirlərinə toxunub. Həmçinin müstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayaraq, Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edib.
Konfransda, eyni zamanda, Fransanın və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunub.
Qeyd edək ki, konfrans çərçivəsində “Bir adanın səsi” adlı debat təşkil edilib. Sen Martinin təhsil nazirinin keçmiş müşaviri Fabian Badejonun moderatorluğu ilə keçən paneldə Sen Martinin təhsil, səhiyyə və sosial inkişaf sahələrindəki vəziyyətə toxunulub, həmçinin iqtisadi müstəqilliyin və vahid bir cəmiyyətin qurulmasının önəmi vurğulanıb.
Digər çıxış edənlər - “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell, Sen Martin parlamentinin üzvü Franklin Meyers “Nation Opportunity Wealth” (NOW) siyasi partiyasının lideri Kristofer Emanuel, Sen Martinin keçmiş səhiyyə, sosial inkişaf və əmək naziri Pamela Carty, Sen Martinin müstəqilliyi uğrunda mübarizə aparan fəal Cülyen Denis müstəmləkə şəraitində yaşamağın çətinliklərindən danışıblar. İştirakçılar adanın inkişafı üçün həm siyasi, həm də sosial dəstəyin artırılmasının vacibliyini söyləyiblər.
Müzakirələrdə çətinliklərlə yanaşı, Sen Martinin müstəqil bir gələcəyə doğru irəliləməsi üçün güclü bir birlik və davamlı mübarizənin vacibliyi vurğulanıb, bu istiqamətdə yeni strateji yanaşmaların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb. Çıxışçılar, həmçinin Bakı Təşəbbüs Qrupuna müstəmləkəçiliyə qarşı mübarizədə göstərdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Sonda Bakı Təşəbbüs Qrupu ilə Vahid Sen Martin (“One Saint Martin”) Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və “One Saint Martin” Assosiasiyasının prezidenti Rhoda Arrindell imzalayıblar
Qeyd edək ki, Sen Martin adası müstəmləkəçilik dövründə və ondan sonrakı müddətdə özünəməxsus xüsusiyyətləri ilə digər müstəmləkələrdən fərqlənir. Sen Martin adası həm Fransa, həm də Niderland tərəfindən müstəmləkə edilib və 1648-ci ildən bəri bu iki dövlət arasında bölünüb. Adanın Fransız hissəsi Saint-Martin, Niderland hissəsi isə Sint Maarten adlanır. Bu iki imperiya adanın idarəçilik, mədəniyyət və hüquq sistemlərini özlərindən asılı vəziyyətə salıb. Adada müstəmləkəçilik irsi iqtisadi və siyasi sahələrdə davamlı olaraq təsirini göstərir. Fransa və Niderlandın güclü təsiri, Sen Martin xalqının öz müqəddəratını təyin etmək cəhdlərinə maneə yaradır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına bax
İdman
16 Fevral 23:41

İqtisadiyyat
16 Fevral 22:32

Siyasət
16 Fevral 21:19

Elm
16 Fevral 20:28

Elm
16 Fevral 19:26

İdman
16 Fevral 18:49

İdman
16 Fevral 17:38

Hadisə
16 Fevral 16:26

Sosial
16 Fevral 15:35

Hadisə
16 Fevral 14:33

Hadisə
16 Fevral 13:25

İdman
16 Fevral 12:23

Dünya
16 Fevral 11:52

Gündəm
16 Fevral 11:41

Gündəm
16 Fevral 11:30

Dünya
16 Fevral 11:21

Siyasət
16 Fevral 10:43

İdman
16 Fevral 10:19

Siyasət
16 Fevral 09:37

Dünya
15 Fevral 23:38

Hadisə
15 Fevral 23:14

Siyasət
15 Fevral 22:43

İdman
15 Fevral 22:18

İdman
15 Fevral 21:51

Dünya
15 Fevral 21:20

Dünya
15 Fevral 20:48

Sosial
15 Fevral 20:27

Sosial
15 Fevral 19:46

Xəbər lenti
15 Fevral 19:14

Dünya
15 Fevral 18:53

Xəbər lenti
15 Fevral 18:21

Xəbər lenti
15 Fevral 17:48

Dünya
15 Fevral 17:19

Dünya
15 Fevral 16:58

İqtisadiyyat
15 Fevral 16:27

İdman
15 Fevral 15:53

Hadisə
15 Fevral 15:22

Sosial
15 Fevral 14:45

Sosial
15 Fevral 14:19

İqtisadiyyat
15 Fevral 13:57

Sosial
15 Fevral 13:24

Siyasət
15 Fevral 12:40

İqtisadiyyat
15 Fevral 12:35

İqtisadiyyat
15 Fevral 12:14

Siyasət
15 Fevral 11:47

Dünya
15 Fevral 11:37

Siyasət
15 Fevral 11:13

Analitik
15 Fevral 10:51

Dünya
15 Fevral 10:35

Dünya
15 Fevral 10:18

Ədəbiyyat
15 Fevral 09:56

Müsahibə
15 Fevral 09:34

MEDİA
15 Fevral 09:14

Ədəbiyyat
15 Fevral 08:52

Siyasət
14 Fevral 23:46

Sosial
14 Fevral 23:30

Dünya
14 Fevral 23:19

Sosial
14 Fevral 22:48

İdman
14 Fevral 22:37

İdman
14 Fevral 22:15

Hadisə
14 Fevral 21:57

Dünya
14 Fevral 21:33

Sosial
14 Fevral 21:26

İqtisadiyyat
14 Fevral 21:15

İdman
14 Fevral 20:59

Siyasət
14 Fevral 20:47

Dünya
14 Fevral 20:38

İqtisadiyyat
14 Fevral 20:11

Dünya
14 Fevral 19:58

Dünya
14 Fevral 19:34
