Yaxın Şərqin Suriya düyünü...
07.12.2024 [09:32]
Hökumət Suriyanın dörd böyük şəhərini itirmək üzrədir
Türkiyə Prezidenti Milli Təhlükəsizlik Şurasını toplayıb
Yaxın Şərqin ən strateji nöqtələrindən sayılan Suriyada vəziyyət gərgin olmaqda davam edir. Hökumət qüvvələri ilə qiyamçılar arasında gedən döyüşlərlə bağlı bir sıra xəbərlər yayılıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, Suriyanın dördüncü ən böyük şəhəri olan Həma islamçı qiyamçı qrup HTŞ tərəfindən ələ keçirilib. Qeyd edək ki, bundan bir həftə öncə Suriyanın ikinci ən böyük şəhəri sayılan Hələb qiyamçılar tərəfindən tutulmuşdu. Həma Hələbdən sonra hökumət qüvvələrinin tərk etdiyi ikinci mühüm ərazi sayılır.
HTŞ-nin bununla bağlı yaydığı məlumatda bildirilib ki, Həma şəhərinin mərkəzi həbsxanasındakı məhbuslar azad ediliblər. Qeyd edək ki, Həma şəhəri Suriyanın mərkəzi bölgəsində yerləşir və həm hərbi, həm də siyasi baxımdan strateji mövqeyə malikdir. Şəhərin itirilməsi Əsəd rejiminin nəzarətində olan digər əraziləri, xüsusilə Dəməşqə doğru gedən yolları təhlükə altına qoyur. Şəhər Suriyanın qərbində, Orontes çayının sahilində, Dəməşqdən 213 km şimalda və Homsdan 46 km şimalda yerləşir. Həma Qubernatorluğunun əyalət mərkəzidir. 996 min əhalisi olan Həma Suriyanın Dəməşq, Hələb və Homs ilə birlikdə dörd ən böyük şəhərindən biridir.
Salamiyyə döyüşsüz təsim oldu...
Bundan başqa, Suriya müxalifəti ilə yerli icmalar arasında əldə edilən razılığa əsasən, Salamiyyə şəhəri də heç bir döyüş baş vermədən “Hayat Təhrir əş-Şam” qruplaşmasının nəzarətinə keçib. Bildirilib ki, Salamiyyə şəhərindəki ismaili şiə icmasının liderləri ilə müxalifət arasında bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsas səbəb şəhərin dini əhəmiyyətli bir məkan olması və orada müqəddəs məkanların yerləşməsidir. Həmçinin tərəflər arasında sülhün qorunmasının şəhər üçün əhəmiyyətli olduğu vurğulanıb. Bu, Suriya münaqişəsi tarixində nadir hallardan biri hesab olunur, çünki bu cür razılaşmalar adətən qızğın döyüşlər nəticəsində əldə edilir.
Suriya ordusunun yaydığı məlumatda isə bildirilir ki, “dinc əhalinin həyatını qorumaq və şəhərdə döyüşlərin önünü almaq üçün” mövqelər dəyişdirilib. Bu, mövqe dəyişikliyi isə prezident Bəşər Əsəd və onun müttəfiqləri üçün mühüm itki adlandırılır. Suriya ordusu Rusiya hərbi hava bazası yaxınlığındakı qiyamçıların önünü kəsmək üçün əks-hücuma başlayıb. Dövlət mediası bu xəbəri yayıb.
Türkiyə Qatarda Astana formatını toplayır...
Türkiyə hökuməti Suriyada şiddətlənən vətəndaş müharibəsi ilə bağlı danışıqlar üçün dekabrın 7-də Qətərdə Rusiya və İran xarici işlər nazirləri ilə görüş keçiriləcəyini bəyan edib. Türkiyə mətbuatı xarici işlər nazirliyindəki mənbəyə əsaslanaraq yazıb ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Doha Forumu çərçivəsində Astana prosesi ilə bağlı Rusiya və İran nazirləri ilə görüşəcək.
ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri CNN Türk-ə verdiyi xüsusi açıqlamada bildirib ki, Əsəd rejimi 10 ildir güzəştə getməkdən imtina edib: “Çox güclü üsyanla qarşı-qarşıyadır”.
ABŞ-nin YPG-yə verdiyi dəstəyə gəlincə, Cefri belə deyib: “Biz bu dəstəyi 2015-ci ildən veririk. Türkiyə bizim mövqeyimizi bilir. Suriyanın şimalında YPG ilə işləmək çətindir - PKK ilə əlaqələri var. Bizim Türkiyə ilə 2019-cu ildən o bölgə ilə bağlı “atəşkəs” adlana biləcək razılaşmamız var”
Cefri Trampın prezidentliyi dövründə ABŞ-nin Suriya siyasəti haqda hər hansı bir cavab verə bilməyəcəyini deyib: “Çox yaxşı sualdır, kaş cavab verə biləydim. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Tramp administrasiyası ilk dövründə Türkiyə və Suriya ilə birlikdə razılıq əldə edildi, Suriyadakı münaqişə donduruldu”.
Ərdoğan Quterreş ilə danışdı...
Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan isə Milli Təhlükəsizlik Şurasının iclası əsnasında Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə telefonla danışıb. Telefon danışığının əsas mövzusu Suriyadakı hadisələr olub. Verilən açıqlmada bildirilib ki, telefon danışığı zamanı regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan Türkiyənin arzusunun Suriyanın daha böyük qeyri-sabitlik yaşamaması və mülki insanların ölməməsi yönündə olduğunu dilə gətirib. Prezident Ərdoğan bəyan edib ki, hazırkı mərhələdə Suriya rejimi hərtərəfli siyasi həll üçün təcili olaraq öz xalqı ilə birgə müzakirələrə başlamalıdır. Dövlət başçısı Türkiyənin gərginliyi azaltmaq, mülki insanları qorumaq və prosesin siyasi həll yoluna istiqamətlənməsinə zəmin yaratmaq üçün səy göstərdiyini, bundan sonra da çalışacağını bildirib.
MTŞ bəyanat yaydı...
Prezident Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında 5 maddəlik bəyannamə qəbul edilib. Türkiyənin “Milliyyət” qəzetinin məlumatına görə, toplantıda ölkənin milli birliyinə, həmrəyliyinə və varlığına yönələn hər cür təhdid və təhlükəyə qarşı daxildə və xaricdə əzm, qətiyyət nümayiş etdirildiyi diqqətə çatdırılıb. Bəyannamədə Suriyada baş verən son hadisələrin mülki əhalinin həyat və əmlak təhlükəsizliyinə zərər vurmaması üçün lazımi tədbirlərin görülməsinin vacib olduğu bildirilib. Türkiyənin Suriyanın ərazi bütövlüyü və birliyinin qorunmasına hər zaman güclü dəstək verdiyi açıqlanıb.
SADİQ
Xəbər lenti
Hamısına bax
İdman
16 Fevral 23:41

İqtisadiyyat
16 Fevral 22:32

Siyasət
16 Fevral 21:19

Elm
16 Fevral 20:28

Elm
16 Fevral 19:26

İdman
16 Fevral 18:49

İdman
16 Fevral 17:38

Hadisə
16 Fevral 16:26

Sosial
16 Fevral 15:35

Hadisə
16 Fevral 14:33

Hadisə
16 Fevral 13:25

İdman
16 Fevral 12:23

Dünya
16 Fevral 11:52

Gündəm
16 Fevral 11:41

Gündəm
16 Fevral 11:30

Dünya
16 Fevral 11:21

Siyasət
16 Fevral 10:43

İdman
16 Fevral 10:19

Siyasət
16 Fevral 09:37

Dünya
15 Fevral 23:38

Hadisə
15 Fevral 23:14

Siyasət
15 Fevral 22:43

İdman
15 Fevral 22:18

İdman
15 Fevral 21:51

Dünya
15 Fevral 21:20

Dünya
15 Fevral 20:48

Sosial
15 Fevral 20:27

Sosial
15 Fevral 19:46

Xəbər lenti
15 Fevral 19:14

Dünya
15 Fevral 18:53

Xəbər lenti
15 Fevral 18:21

Xəbər lenti
15 Fevral 17:48

Dünya
15 Fevral 17:19

Dünya
15 Fevral 16:58

İqtisadiyyat
15 Fevral 16:27

İdman
15 Fevral 15:53

Hadisə
15 Fevral 15:22

Sosial
15 Fevral 14:45

Sosial
15 Fevral 14:19

İqtisadiyyat
15 Fevral 13:57

Sosial
15 Fevral 13:24

Siyasət
15 Fevral 12:40

İqtisadiyyat
15 Fevral 12:35

İqtisadiyyat
15 Fevral 12:14

Siyasət
15 Fevral 11:47

Dünya
15 Fevral 11:37

Siyasət
15 Fevral 11:13

Analitik
15 Fevral 10:51

Dünya
15 Fevral 10:35

Dünya
15 Fevral 10:18

Ədəbiyyat
15 Fevral 09:56

Müsahibə
15 Fevral 09:34

MEDİA
15 Fevral 09:14

Ədəbiyyat
15 Fevral 08:52

Siyasət
14 Fevral 23:46

Sosial
14 Fevral 23:30

Dünya
14 Fevral 23:19

Sosial
14 Fevral 22:48

İdman
14 Fevral 22:37

İdman
14 Fevral 22:15

Hadisə
14 Fevral 21:57

Dünya
14 Fevral 21:33

Sosial
14 Fevral 21:26

İqtisadiyyat
14 Fevral 21:15

İdman
14 Fevral 20:59

Siyasət
14 Fevral 20:47

Dünya
14 Fevral 20:38

İqtisadiyyat
14 Fevral 20:11

Dünya
14 Fevral 19:58

Dünya
14 Fevral 19:34
