Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır

03.12.2024 [11:56]

Dekabrın 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Birgə məlumatda bildirilib ki, qeyd olunan faktlarla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur.

Şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.

Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb.

Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Siyasət

Dünya

Ədəbiyyat

Müsahibə

“ULDUZ”UN İŞIĞI

15 Fevral 09:34

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Fevral 08:52

YAP xəbərləri

Atılan real addımlar

14 Fevral 17:28

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28